Yolun Yarısına Gəlmiş Qadınlar!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 824
Səs ver:
(səs: 0)

Qadının özünü gerçək mənada tanıması və həyatın fərqinə vardığı dövr, 30 yaşların ortalarıdır. Bu zamanlar artıq getdiyin yolda artıq xeyli çox mövzuda məlumatın vardır. Həyatı qaçaraq yaşamanın, gərəksiz əlaqələrin, üstünə xəyal qurulan sevişmələrin böyük bir şar olduğunu öyrənmisən.
Bu yaşa gəldiyində ən az bir dəfə belə möhkəm bir yumruq yemisən həyatdan. Bir neçə dəfə düşüb qalxmısan. Tələbəlik illərində qurduğun xəyalların, gerçək dünyayla bir əlaqəsi olmadığını anlamısan.

Qadınlığını, cinsiliyini kəşf etmiş və ayaqlarının üzərində dayana bilmənin əhəmiyyətini qavramısan. Analığın, Həyat yoldaş olmanın, ev qadınlığının, iş qadınlığının və övlad olmanın, üstündə hər nə sifət varsa, hamısının nə böyük məsuliyyətlər tələb etdiyini öyrənmisən.
Ən az bir dəfə özünü aciz və tək hiss etmisən. Kişilərə aid bir sıra düşüncələrin və müdafiə etmə mexanizmin vardır. Artıq daha az səhv edə biləcək vəziyyətdəsən.
Yolun Yarısına Gəlmiş Qadınlar!
Ürəyində ən az bir qabıq bağlamış yara vardır. Bir dəfə də olsa ağlayıb, eşq üzündən sovrulmusan. Dost payaını yemi həyatını azda olsa təmizləmisən. Səbr etmənin, öyrənmənin dəyərini anlamısan. Düşünmədən danışmaq, qəhrəmanlıq etmək mütləq başına bir bəla açmışdır.
Dost və düşməni tanımış, hər deyilənə inanmamağın lazım olduğunu anlamısan. Ananın, atanın və ya böyüklərin söylədiklərinin nə qədər doğru olduğunu öyrənmisən. Atalar sözlərinin ədəbiyyat dərslərində paraqraflar arasında soruşulan bir cümlə olmasından daha böyük bir mənası olduğunu qavramısan. Təcrübənin bitirdiyin universitetdən, bildiyin xarici dillərdən daha böyük bir diplom olduğunu anlamısan yəqinki

Yalnız duyğularla hərəkət etmənin insanı səhvə apardığını bilirsən
. Ağıl, ruh və ürək birlikdəliyinin ən doğru qərarı verdiyini; yalnız birinə uyaraq addım atdığında mütləq bir divara çırpılacağını öyrənmisən.
Yaşadıqlarının bir zəncir olduğunu və sənin seçkilərindən ibarət olduğunu yavaş yavaş qəbul etməyə başlamısan. Bəxtsizliklə, qədərsizliklə özünə inkişaf etdirdiyin bəhanələrin, səni həmişə geriyə apardığını; irəliləyə bilmək üçün səhvlərini qəbul edib dərs almağın lazım olduğunu anlamısan.

30 yaşların ortalarındasansa, üzündə bir neçə xətt, ürəyində bir neçə kəsik, ağılında da bir neçə düşüncə vardır. Bir fərd olmanın, qadın olmanın, eşqi yaşamanın, həyatın bir sıra qaydalarını özüncə təyin etmisən.
Bu yaşlara gəlmiş, hətta keçmiş olmağına baxmayaraq, bu izah etdiklərim sənə yaddırsa, yolunda yeriməyə davam et. Sən necəsə bu qədər ili boşuna yaşamısan, bundan sonra da dəyişən bir şey olmayacaq….
 
Tərcümə etdi və Hazırladı: N E L L I

Redakte etdi: PRETTY_GIRL
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 824
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri