Qadınların özlərinə qulluq vasitələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 081
Səs ver:
(səs: 0)
 

�Qadınlar dünyanın ən incə, zərif məxluqlarıdır� fikri bütün dünyada daima xatırlanır. Düz deyiblər �çirkin qadın yoxdur sadəcə baxımsız qadın var�. Qadın ilk öncə simasını, saçını, bədən quruluşunu normada saxlamağı bacarmalıdır.

Bunlara riayət etmək üçün qadın öz həyat tərzini normal qurmalıdır ki, orqanizmi adi həyat tərzinə öyrəşsin, əks halda yorğun həyat tərzi qadının cildinə ziyan vura bilər, bu isə onun psixologiyasına mənfi təsir edər və onu süni elektrik maşınlarının ultra bənövşəyi şüalarının altında saatlarla zaman keçirməsinə səbəb olar. Qədim dövrlərdəki qadınların özlərinə qulluq vasitələrinə nəzər yetirək: roma qadınları hər zaman səhər yuxudan oyanarkən aynaya baxıb gülümsəyər, bu onların simasında gün boyu əks olarmış.

Dünyanın ən cəlb edici qadınları olan Misir xanımları səhər üzlərini soyuq su ilə yuyar və qurulamazmış, bu onların dərilərini yumşaq parlaq edərmiş. Kipriklərinə və qaşlarına zeytun ağacının meyvələrini əzib çəkərmişlər, bu tüklərin tökülməsinin qarşısını alar.

Qadının təmizliyi simasından biri də onun əlləridir. Ən baxımlı qadın əllərindən tanınar. Bu da faktdır ki, kişilər ən çox xanımların əllərinə diqqət edir.

Qadınlar əllərini duzlu suya qoyub daha sonra onlara günəbaxan, dəvədabanı bitkilərinin əzilmiş hissəciklərini çəkib saxlayarmışlar, günəbaxan, dəvədabanı bitkiləri dərini mikrobdan təmizləyib onlara saflıq verər və dırnaqları bərkidər.

Qadını daha gözəl edən saçlarını isə yumurta sarısı, xına ilə və palıd ağacının yarpaqları, gicitkən bitkisinin dəmləməsi ilə yuyardılar, bu onların saçlarını yumuşaq, əlvan rəngli edərmiş. Bu adət ənənələrin bir çoxu bu günümüzdə də istifadə olunur.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 081
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri