Qadınlar niyə çox danışır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 628
Səs ver:
(səs: 5)

 

Qadınların nə üçün çoxdanışan olması həmişə kişiləri düşündürən başlıca məsələ olaraq qalıb. Kişilərin bu marağını nəzərə alan amerikalı alimlər qadınların ərlərinin "baş-beynini aparmağa" nə qədər vaxt sərf etdiklərini araşdırıblar. Araşdırma zamanı qadının deyinməsinə səbəb olan əsas amillər də müəyyənləşdirilib. Bu, kişinin evdə hər tərəfə səpələdiyi paltarlar və nəm əsgilərdir. "Bəzilərinə bu, çox səfeh səbəb təsiri bağışlaya bilər", - deyə tədqiqatçı Ketrin Krouford bildirir: "Amma bəzən kişilər unudur ki, qadınlar evdə yalnız həyat yoldaşı və ana rolunda yox, həm də süpürgəçi və aşpaz rolunda çıxış edir". Qadınların deyinməsinin digər səbəbləri arasında dolmuş zibil qabının boşaldılmaması, tualet kağızının olmaması, unitazın qapağının örtülməməsi və s. də var. Tədqiqatçılar bildirir ki, qadınlar bu işin öhdəsindən gələ bilmədikləri üçün yox, bunu özlərinə qarşı hörmətsizlik saydıqları üçün əsəbiləşir və deyinirlər. Qadının həyat yoldaşının "baş-beynini aparmasına" sərf etdiyi vaxta gəlincə isə araşdırma göstərib ki, hər qadın orta hesabla ildə 7920 dəqiqə ərinə deyinir. Bu, həftədə 2,5 saat, ayda 11 saat, ildə isə 5,5 gün deməkdir.


 


(səs: 5)
Şərhlər: 3
Baxılıb: 3 628
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri