Qadınlar gülərkən bundan sonra daha diqqətli
olmalıdırlar. Amerikalı alimlər müəyyənləşdiriblər ki, ürəkdən gülmək iştahanı
artırır. Komediyalara və yumor olan verilişlərə baxmaq qızlarda daimi aclıq
hissi yaradır. Bu səbəbdən arıqlamaq və gözəl bədən fiqurası saxlamaq üçün
pəhriz saxlayan qadınlara mütəxəssislər komediya seriallarına baxmamağı
məsləhət görür. Həmçinin kimsə onların yanında lətifə danışanda dərhal həmin
yeri tərk etməlidirlər. Trillerlər və qorxulu filmlərə baxmaq isə qadınların
iştahasını tamamilə küsdürür. Kaliforniyadakı nevroloji mərkəzin ekspertləri
tərəfindən aparılan araşdırmada 14 qadın iştirak edib. Onlar DVD-də müxtəlif
emosiyalı kinolentlərə baxıblar. İlk olaraq xanımlara sevimli komediyalarını
nümayişləyiblər. Daha sonra isə "Sıravi Rayanın xilas edilməsi"
filmindən qanlı fraqmentlər göstərilib. Bu filmlərə baxmazdan əvvəl və sonra
isə təcrübəyə qatılanların qan nümunələri götürülüb. Məlum olub ki, gülüş
nəticəsində orqanizmdə leptinin səviyyəsi 15 faiz aşağı düşür. Bu maddə isə
iştahanı öldürür. Bunun əksinə olaraq aclıq hormonu kimi bilinən qrelinin
miqdarı isə 9 faiz artır. Qanlı və qorxulu filmlərin nümayişindən sonra isə
xanımlardan heç biri yemək istəmir. Bu fakt bir daha sübut edir ki, kök
insanlar yumşaqürəkli və şən olurlar. Arıq xanımlarda isə qəddarlıq hissləri
güclüdür. O da məlumdur ki, xanımlar şən gecələr zamanı qidaları nəzarət
edilməyəcəyi səviyyədə qəbul edirlər və qəbul olunmuş qidalanma formasından
kənara çıxırlar. Bunun əsas səbəbi isə şənlikdir.