Mənim bir adım var. Qadın! Ailəmin qoyduğundan belə daha əvvəl gələn bir tərif üstəlik. Əvvəl qadın. Yorularam bəzən çünki qadınlığı daşımaq çətin iş. Yılgınlıqlarımdan, gözyaşlarımdan, ağrılarımdan sıyrılıb çıxmaq lazımdır hər yeni günə. Dik dayanmaq məcburiyyətindəyəm.
Bilərəm ki, nə qədər əyilsəm, nə qədər möhtac görünsəm, o qədər düşərəm. Ağlamanın belə acizliyə bərabər tutulduğu bir ölkədə yaşayaram. Adı yox ölkənin. Hər yerdə qarşılaşa bilərik sizinlə. Gah, bir məhkəmə salonunda vəkil, gah bir pavilyonda müğənni. Sifətimdə makiyajım vardır, bir də dodaqlarımda təbəssüm. İçim qan ağlar, müəyyən edə bilməm. Hər an bir yumruq yeməkmiş kimi yaşayarsan mənim ölkəmdə. Həmişə arxanı gözləyəcəksən. Düşsənsə də qalxacaqsan, onsuz da çox da yüksəlməyəcəksən. Qarşısında divar kimi dayanacaqsan insanların. Elə çox şeyi etməyəcəksən ki, zamanla unudacaqsan.