SENE BIRCE DEFE YALAN DANISDIM

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 10 520
Səs ver:
(səs: 0)
Qonaqlıqda tanış olmuşdular...
Qonaqlıqdan sonra oğlan qızı bir kafeye dəvət elədi. Birlikdə oturdular və 1 qəhvə sifariş etdilər. Oğlan çox həyəcanlı idi. Heç bir şeydən söhbət aça bilmirdi. Qız isə bu haldan heç xoşlanmırdı. Buna görədə durub getmək üçün ayağa qalxdı. Oğlan bunu görüb cəld qulluq edən oğlanı yanına çağırdı. Mənə duz gətirə bilərsənmi? Qəhvəmə tökmək üçün dedi. Qız və xidmət edən oğlan təəccüblə oğlana baxırdılar. Oğlan pərt olmuşdu, üzü qıpqırmızı olmuşdu. Gətirilən duzu qəhvənin üstünə səpələdi.  Ardından qızın təəcüüblü baxışları altında danışmağa başladı: Mənim uşaqlığım dəniz sahilində keçib. Dəniz suyunun dadı ağzımdan heç getmədi. Oğlan danışarkən gözləri dolmuşdu.
O gün orada hər şey yaxşı oldu.
Onlar görüşməyə başladılar və beləcə evləndilər...
Sevdilər-sevildilər bir ömür boyu və həmişə kişi qəhvə istədikdə yoldaşı ona sevdiyi şəkildə duzlu qəhvə hazırladı.
Beləcə ömürlərindən 40 il keçdi və bir gün yaşlı ər öldü.
Ölməzdən əvvəl yoldaşına o öldükdən sonra oxuması üçün bir məktub yazmışdı...
Məktubda yazılmışdı: Sevgilim, xahiş edirəm məni bağışla. Sənə ömrümdə bir dəfə yalan danışdım. O da duzlu qəhvə idi. O gün sənin məni tərk edəcəyini fikirləşərək çaşıb şəkər yerinə duz istədim. Amma heç vaxt peşman olmadım. Çünki duzlu qəhvə birlikdə olmağımıza səbəb oldu :))
Səninlə xoşbəxtliyimi "duzlu qəhvə" yə borcluyam. Dünyaya bir daha gəlsəydim yenə də səninlə bərabər olmaq üçün 1 ömür duzlu qəhvə içməyə razı olaram. Səni çoox həyatımdan da çoox sevdim mən...
Yaşlı qadının göz yaşları məktubu isladırdı...
Demək ki, sevgi uğruna bir ömür boyu Duzlu Qəhvə içmək olarmış.......!
ALLAH hər kəsə belə sevgi qismət etsin!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 10 520
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri