Çoxları
ilk görüşdən sevilmək istəyir. Lakin sevilmək insanın öz əlindədir.
Sevilmək üçün özünü sevdirməyi bacarmaq lazımdır. İlk görüşdə sevilmək
mümkün olmasa da, qarşı tərəfdə yaxşı təsir, unudulmaz təəssürat
buraxmaqla sevgiyə doğru addım ata bilərsiniz. Sevilmək üçün aşağıdakı
qaydalara əməl etməklə istəyinizə nail ola bilərsiniz.
1. Özün kimi ol!
İlk
görüşdə həmişə olduğunuz kimi davranın. Sizin xarakterinizə uyğun
olmayan, yad davranışlardan uzaq olun. Gec ya da tez kimliyiniz ortaya
çıxacaq və bu sizin xeyrinizə olmayacaq. Bütün mövzularda dürst və açıq
olun. Danışmaq istəmədiyiniz mövzular barəsində isə yalan demək əvəzinə,
susmaq haqqınızından istifadə edə bilərsiniz. Soruşduğu hər suala
verdiyiniz dürüst cavab onu təsirləndirəcək.
2. Pozitiv ol!
Bütün
kişilər ona pozitivlik bəxş edən qadınla birlikdə olmaq istəyir. Buna
görə də depressiyadan uzaq olun, həyata olan nifrətinizdən qətiyyən bəhs
etməyin. Həmişə qəmgin və kədərli bir halda olursunuzsa, kimisə özünüzə
aşiq etmək qeyri-mümkündür. İlk olaraq özünüzü dəyişdirməlisiniz.
3. Onu diqqətlə dinləyin!
Dinləmə
qabiliyyəti çox əhəmiyyətli xüsusiyyətdir. Hər bir kişi onu dinləməyi
bacaran qadınla birlikdə olmaq istəyir. Dinləməyi sakit oturub dinləmək,
bir qulağından alıb, o biri qulağından vermək kimi başa düşməyin.
Kişini dinləmək onun dediklərinə düzgün reaksiya, yaxşı məsləhət, lazım
olduqda isə dəstək vermək deməkdir. Onu dinlədiyinizi bütün
cümlələrinizdə hiss etdirməlisiniz.
Məsələn
bütün kişilər arzu və istəklərinin başqaları tərəfindən bəyənilməsini və
dəstəklənməsini istəyir. Bu diqqəti ona göstərmiş olsanız, sizə olan
heyranlığı bir qat daha arta bilər.
4. Özünüzə inanın!
Heç
bir kişi zəif və inamsız qadınla birlikdə olmaq istəmir. Onu özünüzə
sevdirmək istəyirsəniz, inamınızı ona göstərin. Lakin inamlı olmaq
dedikdə, sərt kişi kimi görünmək nəzərdə tutulmur.
5. Göz təması qurun!
Bədən
dilinin ən vacib qaydası göz təmasıdır. Unutmayın, "Gözlər qəlbin
aynasıdır!” demək istədiklərinizi gözlərinizdə əks etdirin. Bunun
qarşısında heç bir kişi tab gətirə bilməz.
6. Flirt edin!
Gözlərlər
başlayan bədən dilini müəyyən hərəkətlərlə davam etdirin. Lakin bu
hərəkətlərin yerini və doğru zamanı bilməsiniz. Lazım olduğu qədər flirt
edən qadın hər kişinin diqqətini çəkir.
7. Sirli olun!
Özünüzü
bir az sirli göstərin. Nə qədər sirli olsanız, sizə olan marağı bir o
qədər artacaq. Sizi tanımaq üçün özü cəhdlər edəcək. Sirləriniz açmağa
çalışdıqca, sizə olan sevgisi də bir qədər artacaq. Maraqlı
tərəflərinizi sirli etməyə çalışın.
8. Azadlığı hiss etdirin!
Heç
biri kişi sevdiyi qadın tərəfindən davamlı olaraq axtarılmağı və
izlənilməyi xoşlamır. Qısası, kişiləri təzyiq altında saxlamaq olmaz.
onun sizi axtarmasına fürsət yardın. İlk zamanlarda azadlıq bəxş
etdiyiniz kişinin sizə vurulmamsı mümkünsüzdür.
Bu qaydalar əsasında sevdiyiniz kişinin qəlbinə yol tapa bilərsiniz...