Taksi axtaran qadını dörd nəfər zorladı...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 8 786
Səs ver:
(səs: 4)
Taleyinin şəkli rubrikasinda növbəti qəhrəmanımızın adı Dilarə`dir. 44 yaşı var. Evlidir, iki övladı var. Dilarə özünün də dediyi kimi ikinci həyatını yaşayır. O, ölümlə həyat arasında iki gün çabalayıb.Hadisə 1991-ci ilin payızında, Bakıda baş verib.
                                                      
Saray qəsəbəsinin sakini Bibixanım xala bir axşam üstü hər dəfə olduğu kimi tək yaşadığı evinin qapı-bacasını bağlamaq üçün həyətə çıxır. Qapısının ağzında gördüyü dəhşətə inanmır. Əvvəlcə ona elə gəlir ki, gözü qaralır və ya qarabasan görür. Aşağı əyilib baxanda görür ki, ayağının altında palçığın, alqanın içində, çılpaq qadın nəfəs alır. Bibixanım xalanın ayağının altında qanın, palçığın içində bayğın sərilən, üz-gözü cırılmış qadın Dilarə idi. Bibixanım xala qonşuları köməyə çağırır. Dilarəni birtəhər evə aparıb yuyundururlar. Palçığını, qanını təmizləyib yatağa uzadırlar. Bibixanım xalanın qonşusunun oğlu təcili polis və təcili yardım çağırır. Dilarə xəstəxanada, 3 gün sonra özünə gəlir. Özünə gələndən sonra ilkin dindirilmə zamanı başına gələnləri danışır.

Bakıda, mağazaların birində xəzinədar işləyən Dilarə ayın sonu hesabat hazırlamaq üçün işdə gecikəcəyini əri Ruslana zəng edib deyir. Dilarə Ruslandan narahat olmamağı, geciksə, taksi ilə gələcəyini deyir. Axşam saat 11 radələrində Dilarə işlədiyi supermarketdən sağollaşıb çıxır.

Mağazanın qarşısından taksi tapa bilmədiyi üçün qaranlıq küçə ilə 3-cü mikrorayon ərazisinə tərəf addımlayır. Yolu keçmək istəyəndə yaxınlığında taksi dayanır. Ona hara getdiyini soruşur. Dilarə ünvanı desə də, qiymətdə razılaşmırlar. Sürücü maşını Dilarənin yanına çəkib özü maşından çıxır. Küçədə adam olmamasından istifadə edib onu zorla maşına basır. Dilarə sürücüyə yalvarsa da, onu dinləmir. Maşın Ceyranbatan qəsəbəsinə yaxınlaşanda sürücü maşını saxlayır. Dilarənin ağzını yumub sürüyə-sürüyə bağ evlərinin birinə aparır.

Dilarə həmin günü dəhşətlə xatırlayır. Deyir ki, evdə onu 3 kişi qarşılayır. Dilarə bir gecədə 4 kişi tərəfindən zorlanır. Ona müxtəlif işgəncələr verilir. Əlləri bağlı olan Dilarəni açıq elektrik xətti ilə öldürmək istəsələr də, kişilərdən biri buna qarşı çıxır. Bir sutka tamamlandıqdan sonra Dilarəni huşsuz vəziyyətdə maşına mindirib harasa aparırlar.
 http://www.publika.az/temp/250_978V5f3UEQ6Y.jpg 
"Bataqlıq məni üzüaşağı çəkirdi”

Dilarə deyir ki, gözümü açanda ucsuz-bucaqsız palçıq səhrası gördüm. Mən huşsuz idim üstümə su töküb məni ayıltdılar. Məni oraya gətirən sürücü palçıqlığın yaxınlığına gətirdi. Hiss edirdim ki, ölümüm çox yaxındadır. Gözümün qarşısına övladlarım, ərim gəlirdi. Onların indi mənə görə nigaran olduqlarını bilmək bədənimdəki ağrılardan daha dəhşətli idi. Həmin günü orda ölsəydim, həm ərim, həm də uşaqlarım mənim onları atıb getdiyimi düşünəcəkdi. Onlar mənə nifrət edəcəkdi. Ölməyimdən çox son anlarımda bunları düşünürdüm.

Taleyimlə oynayan, mənə hər cür işgəncə verən 4 kişi məni ölümün ayağına gətirmişdi. Mənə bataqlığın kənarındakı dəmir hasarın üstünə çıxmağı əmr etdilər. Əynimdə yalnız alt paltarlarım var idi. Titrədirdim. Üz-gözümdən qan axırdı. Onlar məni dəmirin üstünə qaldırıb bataqlığa itələdilər. Bir anda yerdən ayağım kəsildi. Sinəmə qədər palçığın içərisinə düşdüm. Bataqlıq məni aşağı çəkirdi. İçlərindən biri mənim batmağım üçün əlindəki taxta parçası ilə çiyinlərimdən, başımdan vurmağa başladı. Mən palçığa batdım...

Kişilər maşına minib uzaqlaşdılar. Nəfəs almağım çətinləşmişdi. Ayağımın altında dəmir parçası hiss edirdim. Var gücümlə özümü dəmir parçasının üstündən yuxarıya tullanmağa məcbur edirdim. Gözümün önündən uşaqlarım getmirdi. Həyat eşqindən çox övladlarımı bir daha görmək istəyi ilə bütün gücümü toplayıb irəli süründüm. Palçıq var gücü ilə məni özünə dartırdı.
                                         
"Dəmir qarnımın dərisini kəsmişdi”

Üstünə çıxıb aşağı tullandığım dəmir lövhəyə yaxınlaşa bilmişdim. Dəmirdən yapışıb yuxarı dartındım. Ayağım palçıqdan üzülürdü. Ölümün cəngindən qurtulurdum. Dartınıb dəmirə söykəndim. Dəmirin baş tərəfindən özümü yerə çırpdım. Huşumu itirdim. Nə qədər vaxt keçdiyini xatırlamıram. Gözümü açanda qarın nahiyəmdən qan gəldiyini gördüm. Dəmir qarnımın dərisini kəsmişdi.

Harda olduğumu bilmirdim. Axşam yaxınlaşırdı. Sürünə-sürünə yaxınlıqdakı evlərdən birinə tərəf getdim. Çiynimlə həyət qapısını itələyib özümü həyətə atdım. Taqətim qalmamışdı. Yerə yıxıldım. Sonralar öyrəndim ki, ev sahibəsi məni evinə aparıb. Həkim və polis çağırıb.

Ailəsi Dilarədən 4 gün sonra xəbər tuta bilib. Dilarənin əri Ruslan onu axtarmaq üçün bütün qohumların, tanışların evini gəzib. Dilarədən bir xəbər tuta bilməyib. Ruslan polisə müraciət etmək qərarına gəlib. Polis isə Dilarənin haqqında ilkin informasiya gəldiyi zaman Ruslana xəbər verib.
Ruslan Dilarənin başına gələnləri anlaya bilməyib. Deyilənlərin şoku ilə Dilarədən imtina edib. Baş verənlərdə arvadını günahkar hesab edib. Polis, Bibixanım xala Dilarənin hansı vəziyyətdə tapıldığını, hansı işgəncələr gördüyünü desələr də, Ruslanı inandıra bilməyiblər. Hələ tam özünə gələ bilməmiş Dilarə həkimlərdən, polisdən ərini soraqlasa da, Ruslan arvadına baş çəkməyə xəstəxanaya gəlməyib.

Dilarənin yanına gələn qohum-əqraba, hətta anası da onun günahkar olduğunu hiss elətdirdikləri üçün Dilarə xəstəxanada dəfələrlə intihara cəhd edib. Axı, o doğrudan da günahsız idi.Xəstəxanadan çıxdıqdan sonra Dilarə evinə yollanır. İki azyaşlı övladını görmək istəyir. Ruslan onun əxlaqsız olduğunu, ləkələndiyini, uşaqlarını isə heç vaxt görə bilməyəcəyini deyib qapıdan qovur. Çarəsiz qalan Dilarə polisə gəlib onun sağ qalmasında böyük rolu olan Bibixanım xalanın yanına getmək üçün ona kömək etməklərini xahiş edir. Dilarə Bibixanım xalanın evinə gətiriləndə buranın Saray qəsəbəsi olduğunu, həmin bataqlığında Saray ərazisində yerləşdiyini öyrənir.
 
Övlad həsrəti və başına gələn dəhşətlər Dilarəyə əziyyət verir. Bibixanım xala 2 ay müddətində Dilarəyə öz övladı kimi münasibət göstərir. Onun yaralarının sağalmasına kömək edir. Yalnız iki ay sonra cinayətkarlar tapılır.

İlkin məhkəmə istintaqında sürücü Həsən Əliyev hər şeyi etiraf edir. Digər 3 şəxsdən yalnız birini ələ keçirmək mümkün olur. Digərləri isə Rusiyanın müxtəlif vilayətlərinə qaçdıqları üçün hələ də axtarışdadırlar. Həsən Əliyev Cinayət Məcəlləsinin 149.1-cu maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildilən zorlama, Cinayət Məcəlləsinin 120.2.1 – qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adamöldürmə, (Cinayət Məcəlləsinin 29-cu maddəsi ilə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl, şəxsin iradəsindən aslı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa) maddələri ilə cinayət işi açılıb.
Məhkəmənin ikinci prosesində Həsən bütün olanları qabaqcadan planlaşdırdığını, Rusiyadan qonaqları olan digər 3 nəfərə onlara intim xidməti göstərən qız gətirəcəyini söz verdiyini etiraf edir. O deyir ki, küçədə heç bir fahişəlik edən qadın tapa bilmir. Dilarənin bu saatda küçədə olduğunu görüb onu yüngüləxlaqlı qadın hesab edir. Dilarəni zorla maşına oturtduqdan sonra ona yalvarıb iki uşağı olduğunu, işdən evinə getdiyini desə də, inanmır. Dilarəni içkili dostlarının yanına aparır. Həmin gecə özü də içki qəbul edir. Rezin kəmərlə Dilarənin əllərini və ayaqlarını bağladığını, onu özünün və dostlarının dəfələrlə zorladığını etiraf edir.

Ruslan arvadının günahsızlığına yalnız cinayətkarların etiraflarından sonra inanır. Onu evinə, həsrətində olduğu uşaqlarının yanına aparır. Lakin ailəni xilas etmək olmur. Ruslan arvadının başına gətirilənləri həzm edə bilmir. Dilarə zərərçəkmiş tərəf olsa belə, qısqanclığı insanilikdən irəli çıxır. O, uşaqlarını və Dilarəni qoyub Rusiyaya gedir.

Dilarənin həyatındakı faciə bununla bitmir. Rusiyaya üz tutan Ruslan digər gizlənmiş iki cinayətkarın izinə düşür. Onlardan yalnız birini, 21 yaşlı Səmədi tapa bilir. Səmədi azərbaycanlıların işlətdiyi restoranda tapıb 7 bıçaq zərbəsi ilə öldürür. Ruslan həbs edilir. İki böyrəyi xəstə olan Ruslan Rusiya həbsxanalarının soyuğuna dözməyib dünyasını dəyişir.

Sənə nə pislik etmişdim?

Dilarənin başına gələnlərdən 21 il ötüb. O, uşaqlarını atasız böyütməli olub. İçkili 4 nəfər onun və ailəsinin həyatını cəmi bircə sutkaya alt-üst edib. 21 ildə elə gün olmayıb ki, yaşadığı dəhşətləri unuda bilsin. Övladları isə onun yaşadıqlarından, atasının niyə həbsə düşüb öldüyündən xəbərsizdir. Dilarə gecə-gündüz işləyib övladlarını böyüdüb. Onlara ali təhsil almalarında kömək edib. İki nəvə sahibidir. Lakin, 21 ildir ki, hər gecə saat 12-yə yaxınlaşanda bütün ruhunu qorxu bürüyür. Yaşadıqları zülmləri, faciəni yenidən yaşayır.

Həyatını xilas edən Bibixanım xala isə son nəfəsinə qədər Dilarənin yanında olub. Ona qızı kimi münasibət göstərib. Əri onları qoyub gedəndən sonra həyətyanı təssərrüfatının böyük bir hissəsini Dilarəyə və övladlarına xərcləyib.

Dilarə deyir ki, o dəhşətli gecədən sonra düşünürmüş ki, dünyadakı bütün insanlar vəhşidir, onların əlindən hər  pislik gələ bilər. Bibixanım xalanın ona etdiyi yaxşılıqlar bu fikrindən daşındırıb.
Məhkəmə zalında Dilarə Həsəndən yalnız bir şeyi soruşub: Sənə nə pislik etmişdim?
"Taleyin şəkli”nin sadiq oxucusu, bəzən insanlar bir-birlərinə pisliyi heç bir səbəbsiz-filansız da edə bilir. Pislikdən qorunmaq üçün gözüaçıqlıq da bəzən heç bir işə yaramır. Ən böyük pisliyi isə insan özü-özünə, başqasına pislik edərək edir. Hər insanın içində iynə ucu qədər də olsa vicdan hissi olsun gərək. İçinizdəki pislik etmək hissindən qorunun.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 8 786
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri