Xanım sürücülər necə avtomobil istəyir?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2725
Paylaş:
Səs ver:
(səs: 3)
Onlar üçün avtomobillərinin neçə at gücündə olduğu, markası və mühərriki deyil, necə göründüyü, rəngi, daxili döşəməsinin nə qədər qəşəng olduğu əhəmiyyətlidir. Məsələn tünd rəngli avtomobilləri çox sevmirlər. Xanımlar arasında ən çox rəğbət görən rənglər ağ və albalıdır . Alış-veriş vərdişlərinin dəyişməsi və iqamətgahların şəhərdən kənarda yerləşməsi xanım sürücülərin artmasında təkan oldu.
Bir digər səbəb isə, iqtisadi rifahın yüksəlişi ilə bağlıdır. Beləcə qadın daha çox iş həyatına inteqrasiya olur və arzularının reallaşdıraraq avtomobil əldə edir.
Xanımların avtomobil həvəsinə nəzər salsaq görərik ki, onların əldə etdikləri qazancların əksər hissəsi yanacaq və s. avtomobil xərclərinə sərf olunur.

Qadın avtomobilləri.
Bu ehtiyacları nəzərə alan böyük avtomobil istehsalçıları, xanımlara daha çox uyğun olan modelləri bazara təqdim etməyə başladılar.
Belə ki, el arasında bəzi avtomobil modelləri "qadın avtomobili” olaraq adlandırılır. Bu modellər əksər hallarda heçbek ban tipli və albalı rəngli avtomobillərdir. Məsələn albalı rəngli Chevrolet heçbek Aveonu buna misal göstərmək olar. Ancaq ölkəmizdə Chevrolet heçbek avtomobilinə kişi sürücülər də böyük rəğbət göstərməkdədirlər.

Təsnifata görə qadın sürücülər.
Kişi sürücülərdə olduğu kimi qadın sürücüləri də müəyyən təsnifata görə ayırmaq olar. Bunların ən gəncləri tələbəlik illərində valideynləri tərəfindən maşın hədiyyəsi almış olanlardır. Bunlar adaətən 25 yaş altı gənc qlamur əhatə edir.
Digər qrup iş həyatına yeni atılan, karyerasında özünü isbat etməyə çalışanlardır ki, bunlar daha çox ekonomik modellərə üstünlük verirlər.
Üçüncü qrupu orta səviyyə idarəçi xanmlar təşkil edir. Bu xanımlar daha çox şirkətin təqdim etdiyi sedan tipli iş avtomobilindən istifadə edir.
Dördüncü qrup xanımlar isə iqtisadi gəlirləri yüksək olan xanımları əhatə edir. Bunlar əksər hallarda idman tipli avtomobillərə və SUV tipli modellərə üstünlük verir. Bu modellərdən Chevrolet Camaro və Chevrolet Captiva ən çox rəğbət görənlərdəndir.
Ən son isə bir qrup xanım daha vardır ki, bunların əksəriyyətinin sürücülük vəsiqəsi olduğu halda ictimai nəqliyyatdan istifadə edirlər. Hər zaman ürəyində maşın sevdası olan bu xanımlar üçün çox böyük bir fürsət yaranmışdır.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 2725
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv