Müasir qızlar

Müəllif: C_E
Şərhlər:
Baxılıb: 3869
Paylaş:
Səs ver:
(səs: 2)
Qadının taleyi öz əlindədir. Xoşbəxtliyi onun özündən, ağlından, dünyagörüşündən, davranışından asılıdır. Ona görə də qadınların həyatda fəal mövqe tutması xüsusilə vacibdir. Müasir qız necə olmalıdır? fikrinə münasibətlər təbii ki müxtəlifdir:

- müasir qız təmkinli, səbirli, mədəni olmalı, daim özünü təkmilləşdirməlidir;
- özünü məktəbdə, iş yerində, küçədə, ictimai yerlərdə, habelə ailədə ədəbli, mərifətli aparmalıdır;
- geyiminə-keçiminə, davranışına fikir verməli, moda əsiri olmamalıdır;
- yoldaşları, ailə üzvləri, qohumları, tanış-bilişləri ilə münasibətdə səmimi, mehriban olmalı, onlarla xoş rəftar etməli, böyüklərin hörmətini saxlamalıdır;
- ünsiyyət mədəniyyətinə yiyələnməli, açıq-saçıq davranmamalı, ismətli, həyalı, həyatda gözüaçıq, təhsilli olmalıdır;
- geniş dünyagörüşə yiyələnməli, respublikamızın, ölkəmizin, eləcə də müasir dünyanın hadisələri ilə maraqlanmalı, öz münasibətini bildirməyi bacarmalı, ideya əqidəliliyinə malik olmalıdır.Bir sözlə qadın hər şeyi bacarmalıdır.

Müasirliyi ən son dəbdə geyinmək, sir-sifətini hər dəfə bir cür və yeni geyiminə uyğun bəzəmək, özünü oğlan kimi aparmaq, hətta içkiyə, papirosa meyl göstərmək, evdə ata-anasının üstünə çımxırmaq, rəfiqələri və oğlan yoldaşları ilə yeri gələndə kobud rəftar etmək kimi başa düşən qızlar da vardır. Belələri ailə həyatına da barmaqarası baxırlar.

Müasir qız on beş-iyirmi il bundan qabaqkı qızlardan öz inkişaf səviyyəsinə, müstəqilliyinə, azad fikirliliyinə, ictimai fəallığına, təşəbbüskarlığına görə fərqlənir. O, cəmiyyətin ictimai həyatında, yenidənqurma prosesində daha yaxından iştirak etməli, aşkarlığın bərqərar olduğu hazırkı vaxtda öz sözünü deməkdən, fikrini bildirməkdən çəkinməməlidir.

İndi isə qadınlıq anlayışı haqqında. Qadını zinətləndirən onun məhz qadınlığıdır, yəni qadınlıq keyfiyyətlərinə malik olmasıdır. Lakin bu anlayışı bəzən, ilk növbədə elə qadınların özləri düzgün başa düşmürlər. Bir çoxları üçün həmin məfhum son dərəcə zahiri əlamətlərlə səciyyələnir: yaxşı geyinirsə, cazibədar sifətə, mütənasib qamətə malikdirsə, demək qəlbləri fəth edəcək. Müxtəlif növ qadınlar var, unutmayın.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 3869
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv