Kişilərin evlənmək istədikləri qadınlar hansılardır?
Hər
bir qadın röyalarının kişisini tapıb evlənmək istəyir. Lakin bu o
qədər də asan deyil. Buna görə məsləhətlərə əməl edin və kişilərin ciddi
münasibət qurmaq istədiyi qadınlar haqqında məlumata sahib olun.
1. Öz həyatınız olmalıdır və öz ayaqlarınız üzərində durmağı
bacarmalısınız. Sosial həyatını sevdiyi kişiyə görə qurmayan qadınlar
güclü qadın imici yaradır. Bu isə kişiləri ən az xarici gözəllikləri
qədər təsirləndirir. Üstəlik sadəcə sevgilinizlə deyil, ailəniz və
dostlarınız da vaxt keçirmək münasibətləriniz üçün yaxşı olur.
2. İlk
addımı atan siz olmayın – bu çox müzakirə olunan məsələlərdən biridir.
Lakin nəticə eynidir. Buna görə "qaçanın arxasınca düşərlər” məsəlini
yaddan çıxarmayın. Əgər ilk addımı atıb və görüşü siz təyin etsəniz,
sizinlə həqiqətən maraqlandığını və ya fürsətdən istifadə etmək
istədiyini heç vaxt öyrənə bilməyəcəksiniz.
3. intimual olun - sevginizin çiçək açdığı ilk günlərində və flirtin gözəl
olduğu zamanlarda nə çox utancaq olmalı, nə də ki, çox açıq olmasınız.
Aşırı açıq geyim isə geyinmək olmaz. Çünki sizi ciddi bir xanım kimi
qəbul edə bilməyəcək.
4. Dəyər
verdiyinizi göstərin – ona verdiyiniz dəyəri göstərmək üçün bahalı
hədiyyələr almaq lazım deyil. Gündəlik işlərdə ona bacardığınız yardımı
edin və xoş davranın. Bu kişilər üçün ən böyük hədiyyədir.
5. Ona dəstək olun – dostlarının ya rəhbərinin yanında onu tərifləyin və dəstək olun. Etdiyi zarafatlara isə hər zaman gülümsəyin.
6. Təzyiq
göstərməyin – gün ərzində onu axtarmaq, ya da gələcəyə dair planlar
qurmaq istəyə bilərsiniz. Bu kimi hərəkətlər kişinin sizdən
uzaqlaşmasına gətirib çıxara bilər. Hər şeyi ona demək məcburiyyətində
deyilsiniz, sizinlə görüşmək üçün onsuz da özü planlar quracaq. əlbəttə
ki, sizi həqiqətən sevirsə...
7. Güzəştə çox getməyin – məqsdələrinizi və istəklərinizi hər zaman
güzəştə getməyin. Təbii ki, səhv hərəkətlərini də görməzdən gəlməyin.
Əgər aldatdığı halda sizin onu bağışlamaycağınızı bilsə, xəyanət
etməkdən qorxacaq və sizə daha çox hörmət edəcək.
8. Ən
yaxşını seçin – hər zaman dürüst və güvənilən insanlara qiymət
verdiyinizi bilməlidir. Həyatınızda ancaq yaxın insanlara yer
verdiyinizi hiss etdirin. Siz ona hara getdiyinizi yalan desəniz, ondan
da eyni davranışı gözləyə bilərsiniz.
9. Sevgi qadını olun – evlilik üçün əsas bağlılığın sevgi olduğunu
düşünürsüzsə, bunu onun da bilməsini təmin edin. Onunla pul, inam, ya da
şöhrət üçün birlikdə olmadığınızı hiss etdirin. Beləcə onun sizə inamı
daha da artacaq.