Cəmiyyətimizin məşuqələrə mənfi baxışına baxmayaraq, məşuqələr və ikinci qadın sözü artıq çoxlarını diksindirmir...
İlk öncə bu sevginin mənfi tərərfindən danışmaq istərdim.
Evli kişi ilə sevgi romanı başlayarkən, qadın öz istəyi ilə yeganə
olmayan və ya daha doğru desək, sevimli olmayan qadın olmağa razılaşır. O
kişinin öz qadını isə, hər zaman birinci qadın və sevimli qadın olaraq
qalır. Məşuqə isə adi , o kişinin oyuncağı, əyləncəsi olur. Əlbətdə çox
zaman kişilər öz həyat yoldaşalarından ayrılacaqlarını məşuqələrinə vəd
edirlər. Amma bu vədlərin hamısı adi sözlər olur. Çox vaxt kişilərin
gəzməyi, ailə həyatının darıxdırıcı olmasından irəli gəlir. Ev, ailə,
hər gün eyni şeylər, məişət poblemləri kişilərdə qıraqda özlərinə
əyləncə və sevinc axtarmalarına səbəb olur. Məşuqənin yanında problemlər
yada belə düşmür.Yalnız həzz və xoş anlar problemləri bir az
unutdurur.Bu əlbəttə ki, kişilər üçün yaxşıdır...amma bəs qadın??? hər
zaman cəmiyyətin mənfi fikirləri, hamıdan yaşadığın kişini gizli
saxlamaq,qorxu hissi, həyata yetməyən boş ümidlər və arzular olur
məşuqənin qazandığı. Hər şeydən pisi isə, qadının gəzdiyi evli kişini
sevməsidir. Kişilər onsuzda qadınları heç bir vaxt dərindən başa
düşməyib.Sevən qadın əzab,ağrı, acı cəkir. Ən pisi isə bağlanır..Kişilər
üçün isə, gözəl intim və əyləncə bu əlaqələrin motivi olur.
Bu sevginin mənfı tərəfləri
Əzab
Qınaq
Ləkəli damğası
Bədbəxtlik
Qısqanclıq
Əsəb....
Bunları yaşamağa dəyərmi???
İndi isə bu sevginin müsbət tərərflərindən danışmaq istəyirəm.
İlk öncə sən- xoşbəxtsən...Sevdiyin insanın yanında olması əlbəttə ki,qadını xoşbəxt edir.
İkinci müsbət tərəfi - intimdir.
Müxtəliflik,
isti və güclü ehtiraslar, utancaqlığın olmaması, intimual fantaziyaların
həyata keçirilməsi, gözəl və bir- birlərinə həzz vermə belə əlaqələrdə
intimi arzu olunan edir.
Hər bir görüş sevinc gətirir. Çünki, kişi
yalnız əylənməyə və problemlərdən uzaq olmağa gəlir. Çox zaman
hədiyyələr, gəzintilər, bir yerdə əyləncələr, birgə restoranlara gediş
bu cür əlaqələrdə xoş anlar yaşadır.
Belə əlaqələrin bir müsbət
tərəfi də, məişət problemlərinin olmamamsıdır. Qadın ailə kimi gəzdiyi
kişinin qayğısına qalmır. Nə yuyur, nə ütləyir, nə hazirlayır, nə
ağrınanda qayğısına qalır...Kişilər isə hər zaman məşuqələrinin gözündə
özlərini avtoritet kimi, diqqətcil, güclü olmamalarını göstərər. Öz
qadınlarına əlbəttə ki,bunları göstərmək və təsdiqləmək lazım belə
gəlmir.
Belə əlaqənin müsbət cəhətindən biri də maddi köməklikdir.
Kişilər çox vaxt poliqam olurlar...amma vicdan hissi təkcə kişidə
deyil, qadınlarda da olmalıdır. Mən qınamağı sevmirəm. Bir insan kimi
başa düşürəm ki, həyatda müxtəlif hadisələr və talelər vardır. Hər bir
insan həyatda səhv addım ata bilər, amma gözəl olardı ki, səhvlərdən
nəticə çıxara biləydik...
Hamınıza xoşbəxtlik və həyatınızda yeganə qadın olmağı arzulayıram.