Kişilərin sevmədiyi suallar... =))

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 674
Səs ver:
(səs: 1)


Bu paltar məni kök göstərir?
Sizin öz gözaltınız,nişanlınıza,hətta həyat yoldaşınıza verə biləcəyiniz ən dəhşətli sual!Yadda saxlayın:kişilər etiraf etməsələr də,özünə inanan qızları sevirlər.Bu sual isə inamsızlıq saçır.Bu sualı anaya,bacıya,rəfiqəyə,stilistə ünvanlamaq lazımdır.

Əgər ölsəm mənə nə qədər yas saxlayarsan?
Allah eləməmiş əgər o həlak olarsa,siz nə qədər tək qalarsınız?Məhəbbətdə heç nəyi öncədən planlaşdırmaq olmur.Bir də ki,qadınların heç nədən özlərini qurban kimi qələmə verməsi kişilərin heç xoşuna gəlmir. 
O qiza yaman baxırsan,yoxsa xoşuna gəlir? 
Bu sual da sizin özünüzə əmin olmadıqınızı göstərir.Bu isə heç yaxşı deyil.Axı o həmin qızla deyil,sizinlədir.Deməli,xırda qisqanclığa əsas yoxdur.Qaşınmayan yerdən qan çıxarmağa dəyməz! 

Məndən əvvəl neçəsi ilə görüşmüsən? 
Bu sizi həqiqətən çox maraqlandırır?Cavab nəyi dəyişəcək ki?Keçmişi nə dəyişmək mümkündür,nədə pozanla silmək.Odur ki kişinin xoş və ya naxoş xatirələrini oyatmağa cəhd göstərməyin.Bu günün qədrini bilin və gələcəyinizi düşünün. 

 
Kimi daha çox sevirsən:məni,yoxsa ananı?
Kişilərin 99 faizi bu sualdan hürkür.Həqiqətən də onlar bu sualın düzgün cavabını bilmirlər.Sizi bağlayan münasibət və ana-oğul münasibəti prinsipcə fərqlidir.Buna görə də onları müqaisə etmək olmaz!Vəssalam!!İndi siz düzgün cavabı bilirsiniz vəbirdə bu mənasız sualı verməyəcəksiniz!!! 

 
Sən məni doğurdan sevirsən?
Bu sualı vermək-elə «Mən sənin məhəbbətinə inanmıram» deməkdir.Halbuki,siz bunu soruşmaq istəmirdiniz.Kişilərin çoxu hisslərdən danışmağı sevmirlər,onlar öz hisslərini əməlləri ilə,ya da elə birlikdə olmaqları ilə ifadə edirlər.Bu da kifayətdir.Qadinlar,diqqətli və anlayışlı olun!

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 674
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri