++++++++Keçmişin ağırlığında əzilməyin… Hər anın kefini çıxarın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 113
Səs ver:
(səs: 0)
Keçmişin ağırlığı elə əzicidir ki, həyatın dadını almaq bəzən mümkün olmaz. Həyat enerjinizi yox edər, nəfəs almanızı çətinləşdirər. Yaşanmışları təkrarlamanın faydası yoxdur halbuki, yaşanacaq bütün gözəllikləri düşünərək həyatın  fərqinə vara bilərsiniz. İnsan öz səyləriylə və israrla ilişib qalar keçmişə. Buraxın olduqları yerdə qalsın yaşadıqlarınız eşqləriniz, onlar özlərinə yer tapmışlar keçmişinizdə, davamlı xatirdə tutaraq özünüzü keçmişin izlərində boğmayın.
Önünüzdə uzun və tərtəmiz bir gələcək var, belə bir  yeni bir pəncərə açın gözlərinizi baxışlarınız canlansın, gücünüzü yığıb yenilikləri yaşayın. Həyat sizə davamlı yeniliklər təqdim edər . Mütləq xoşunuza gedəcək zövq ala biləcəyiniz fürsətlər meydana gələr. Niyəfaydalanmayasınız axı?.

Yeni iş, yeni yoldaşlar, yeni sevgilər… İlk baxışda ürküdə bilər sizi, bəlkə buna görə keçmiş etibarlı görünə bilər amma xeyr geri addım atmaq yoxdur. İrəliyə baxıb yeriməlisiniz. Cəsarətlə açmalısınz qapıları, hər cəsur addımda bir qat daha artar güvən və risk alma duyğusu.
Həyat sürprizlərlə doludur. Özünüzə olan etibarı yenidən gücləndirdikcə gələcəyin səfəri qorxutmaz sizi, qısa müddətdə sürprizləri keflə qarşılamağa başlarsınız .
Həyatın hər anı sürətlə axıb keçir ki. Bu anda nə yaşadınızsa bir dəqiqə sonra keçmiş qutusunda yerini alar. Siz keçmişi arxanıza götürmədikcə, əlinizə keçən bütün gözəlliklər ovuclarınızdan itkin gedəcək…. Sizin ehtiyacınız olan ağrılı və kədərlə deyil yeni ümidlər və bərabərindəki xəyallarla içinizə doğan coşğuyla addım atmağı qəbul edərək macəraya başlamaqdır. Qorxmayın mütləq sizə kef verəcək, maraq oyandırıb həyəcanlandıracaq bir şeylər görərsiniz. İstəyin, özünüzü çaşdırın.
Bəlkə keçmişdə o zaman üçün ən böyük eşqi yaşadınız amma bitdi. Bəlkə eyni şəkildə bir başqasını sevə bilməzsiniz, onunla yaşadıqlarınız və hiss etdikləriniz o adamla xüsusi idi. Əgər fürsət versəniz başqa biriylə çox daha xüsusi duyğularla xüsusi anlarınız ola bilər… İndiki yaşananların gözəl tərəflərini fərq edərsiniz, xoşbəxt olmanın kefini çıxararsınız, gözlərinizin qarşısında axıb getməsinə icazə verə bilməzsiniz. Ətrafınıza bir baxın təbiətə baxın, rənglərə, bitkilərə, heyvanlara, müxtəlifliyə baxın nə qədər də pərəstiş oyandırıcı olduğunu görəcəksiniz. İnsanlar da elədir. O inanılmaz eşq keçmişə yerləşmişkən heç tərpətməyin, hər yeni eşq yeni qazanamlar gətirər.
İndi tam zaman gələcəyin dadını almağındı, bağladığınız qapılar əlinizdəki açarla bir-bir açılacaq , keçmişə bir qıfıl vuraraq bitirin kədərləri.
Özünüzə şans verin, fürsətləri ən əhəmiyyətlisi sevgini yenidən yaşamaqdır. Görəcəksiniz hər səfərində bir az daha güclənəcəksiniz, risk almadan güclənə bilməzsiniz. Həyat sürprizlərlə dolu olduğu qədər risklərlə də doludur, siz gücünüzü qorusanız hər risk daha da asanlaşar, qarşınızda kiçilər…
Yeni eşqlərə yelkən açırıq, yıxın keçmişin divarlarını dərin nəfəs alın, içinizdəki coşğu gözlərinizə baxışlarınıza əks olunacaq, gülün və sevin özünüzü ,həyatınızı.
Həyatın fərqli dadları qarşınızda sıralanıb, onları dadmaq sizə düşür.
Ən ləzzətli dadlarla həyata yenidən başlayıb kef almanız diləyiylə…

Tərcümə Etdi:
NİGAR_CAVAD


(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri