+++++++++++Sevgi necə qidalanır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 480
Səs ver:
(səs: 0)
"Eşq sonsuza qədər davam edər" cümləsinin nağıllarda qaldığı, sürətli yaşanıb tez qəbul edildiyi bir əsrdə yaşayırıq. Yaxşı eşqi qısa müddətdə öldürməmək üçün nələr etməmiz lazımdır?
Sevgini şəfqət, paylaşmaq, fədakarlıq və sədaqət qədər 'dəlilik' və həddindən artıq olmamaq şərtiylə 'qısqanclığın' qidalandırdığını bilirdinizmi?
Eşq məsuliyyətlə qidalanar!
Sevgini yaşayarkən başqa bir işə  çox zaman ayırsanız sevgi inciyər. Sevgi, özünə zaman ayrılmasını istər, diqqət istər... Sevgi təkliyi sevməz, sürprizləri sevər.
Bütün gününüzü ona ayırdığınız bir gündə onun ən sevdiyi yeməyi hazırlayın və sonra da onun çəngəl bıçağa toxunmasına icazə vermədən hər şeyi siz yedizdirin... Unutmayın, yalnız tək bir tikəni deyil, hamısını siz yedizdirəcəksiniz...
Sevgi elə sevgiylə qidalanar!
Ona nə qədər çox sevdiyinizi hər fürsətdə bildirin. Bunu "səni çox sevirəm, sənə dəlilər kimi aşiqəm" kimi cümlələrlə etməniz lazım deyil. Davranışlarınızla da ona olan sevginizi dilə gətirə bilərsiniz.
Ona içində yalnız eşq mahnılarının olduğu bir CD hazırlayın və üzərinə də sevgi dolu bir qeyd əlavə edərək paketləyin və yastığının üzərinə qoyun!
Sevgi həsrətlə qidalanar!
Hərdən bir olan kiçik uzaqlıqlardan və onun üçün darıxmaqdan qorxmayın. Ondan uzaqda keçən zamanlarda eşqinizin alovlanacağı üçün bir-birinizə qovuşduğunuzda daha ehtiraslı bir eşqə yelkən açacaqsınız...
Bir-birinizdən uzaqdaykən alın əlinizə kağız və qələmi; ona məktub yazın! məktub haradan çıxdı deməyin; ona duyğularınızı izah edən və onu nə qədər çox darıxdığınızı dilə gətirən nostalji bir məktub yazın!
Eşq dəliliklərlə qidalanar!
Həyacanı qorumaq üçün dəliliklərə son verməməniz lazımdır. İçinizdəki uşaqlıq ruhundan da heç bir zaman imtina etməyin...
Sevgi qısqanclıqla qidalanar!
" Heç elə şey olar?" deməyin. Müəyyən dozada olduğu müddətcə qısqanmaq və qısqanılmaq sevgini qidalandırar. Qısqanclıq, sevgiyə çox uyğun bir duyğu olduğundan eşqi böyüdüb çoxaltma tutumuna malikdir.
Sevgi romantizmlə qidalanar!
Romantizm üçün xüsusi günləri gözləməniz lazım deyil. Hər hansı bir zaman və hər hansı bir gündə ona o qədər romantik yaxınlaşarsınız ki, ömür boyu o anı unutmaz. Hələ sevgi heç unutmaz.
Həftədə bir gün romantik şam işığında baş-başa bir yemək yeyin və romantik yeməyinizi şirin sevgi pıçıltılarıyla bəzəməyi unutmayın!

Tərcümə Etdi: NİGAR_CAVAD


(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 480
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri