Bu oyun səssiz oynanır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 790
Səs ver:
(səs: 2)
 
Bu oyun səssiz oynanar
Əks halda xəyaldan qurulma bütün ümidlər yuxusundan oyanar.
1 - 2 - 3 - Tip! 
-Gizlənqaç oynasaq daha yaxşı olmazdımı?
-Nəyi yaxşıdır bunun?
-İtərdim bəlkə.
-Susmuşkən də itər insan. Gəl sonsuza qədər susaq.
Və belə başladı uşaqlığım "tip!" oynamağa. Məqsədim itmək idi sonsuz bir qaranlıqda. Uşaq halım belə bilirdi dilsiz olduğunda itəcəyini. Saxlandığında tapa bilərdilər onu bəlkə, amma əsla danışmazsa həmişə itkin qalacaqdı.
Belə deyərkən eyni uşaqlığım böyüdü. Dalğalı və sarı saçlı bir gənc qıza çevrildi. Ana olmağa maraq yaratdı halbuki hələ çox kiçik idi. Qucağına verilsin istədiyi yeni bir uşaq qundaq içində və səssizcə ağlayırdı uşaqlığımın gözləri yarım qalmış bir sevinclə.
Sevinc gözyaşlarını öyrənməmin dərhal ardından, həyat marafonunda  arxa sıralardan başladım böyük bir qaçışa. "Haqsızlıqdır bu!" deyə bilmədim. Çünki "tip!" oynayırdı iç səsim. Boyum tükdən incə idi ,amma ruhum da incəlmişdi böyüdükcə. Yorulanda gedirdim və daha bir arxalarda qalırdım getdikcə. Yorulma haqqı belə verilməmişdi mənə: "Yarış deyil bu, işgəncədir!" 
Belə deyərkən yeni yaşlar əlavə olundu uşaqlığımın üstünə. Yaşlanma qorxusu elə bir qorxudur ki, onunla üzləşmək az qala qeyri-mümkündür. Üzləşməkdən qaçdıqca hiylə etməyə başlayır mənliyi insanın. Ruhu yaşlanır, bədəni olduğu yerdə sayır. Təcrübələr dağ olub yığılsa da, bədən yaşlanmır.

/Mənbə:Qadınlar.biz/

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 1 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri