Ruh əkizi nədir? Ruh əkizi necə olur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 13 757
Səs ver:
(səs: 5)
Ruh əkizimi axtarıram deyirik. Bəs nədir bu ruh əkizi, necə olur? Ruh əkizi yaxşı razılaşa bildiyimiz, müsbət enerji aldığımız adama deyilir. Bəzən  ruh əkizimi tapdım deyirik. Lakin inanın bu o qədər də asan deyil. Ruh əkizlərinin görüşməsi çox nadir olan bir qarşılaşmadır. Ruh yoldaşı ya da yoldaş ruhu deyilən anlayış isə tamamilə fərqli bir vəziyyətdir. İndi ruh yoldaşı və ruh əkizi nə deməkdir açıqlayaq.

Ruh yoldaşı olmaq ilə ruh əkizi olmaq eyni sanılan ancaq biri digərindən çox fərqli anlayışlardır. Ruh əkizləri bir başqa deyişlə əkiz ruhların özü eynidir. İki ayrı enerjiyə bölünərək fiziki bədənlərinə qovuşmuş olan ruhlardır. Zidd qütblər bir-birini çəkər nəzəriyyəsinin tərsinə eyni özün parçası olan bu iki ruh arasında çox qüvvətli bir çəkiliş vardır və hər vəziyyətdə bir gün mütləq qarşılaşarlar. Bu qarşılaşma onların təkamül müddətinin sürətlənməsi  üçün lazımlıdır. Əgər bu qarşılaşma əkiz ruhlardan birinin ya da ikisinin hələ hazır olmadıqları bir zamanda reallaşsa, qarşılaşma hər iki tərəf üçün də əzab verici təcrübələrə səbəb olacaq.
Əkiz ruhlar yoldaş həyatlar demək deyil. İki enerjiyə bölünərək əkiz ruhlar bir-birlərindən çox fərqli həyatlar yaşaya bilərlər. Fərqli təcrübələrlə yetginləşmiş , iki zidd xarakter olma ehtimalları da vardır.
Yoldaş ruhlar ruh əkizləri kimi zidd deyil tamamlayıcıdırlar. Yoldaş ruhların bir-birlərini tamamlama xüsusiyyəti vardır ,çünki yoldaş ruhlar eyni  xüsusiyyətlərə sahibdir.Yoldaş ruhların həyatı uyğunlaşma təməlinə söykənər ancaq quruluş dəyişdirər. Zaman içində yoldaş ruhlar erroziyaya uğraya bilər.

Ruh əkizləri necə qarşılaşar:

Əkiz ruhlar qarşılaşdıqlarında hər iki tərəf üçün də çox  güclü bir çəkiliş söz mövzusu olar. Ancaq bu çəkiliş ehtiras deyə təyin olunan hiss deyil. Burada söz mövzusu olan hər iki tərəfin də bir-birinin gözlərində bir başqasının əks olunması qəbul etməsidir. Əkiz ruhlar, xarakter strukturları və fiziki xüsusiyyətləri ilə bir-birlərinə bənzərlər ancaq fərq şəxsiyyətlərində gizlidir. Əkiz ruhunuz özündən bəhs edərkən, siz sizi izah etdiyi hissinə qapılarsınız. Ruh əkizi olmaq şərtsiz sevgini özünə gətirər. O böyük qarşılaşma anına qədər digər insanlara qarşı fərqli davranan ruh əkizləri bir-birlərinə qarşı həddindən artıq  dözümlü olurlar
Ruh əkizlərini gözləyən çox böyük maneələr vardır.Erkən qarşılaşan əkiz ruhlar aralarındakı çəkim gücünü anlamazlar. Həyat ya da şərtlər əkiz ruhları bir-birindən ayırmaq üçün  dayanmadan işləyər və dünya həyatında bir arada qalmaları çətinləşər və ayrılarlar.
Əkiz ruhlar ayrılıq sonrası fiziki və ruhi olaraq çox çətin bir dövr keçirərlər. Uzun müddət ruhi iflic olma vəziyyəti yaşayarlar ki,bu da onlar üçün çox dəhşətlidir.
Eşqi daha əvvəldən təcrübə etmiş olsalar da əkiz ruhlar bu tanışlara duyğudan daha çox kənar və fərqli bir hiss ilə bağlanarlar. Adını eşq deyə təyin etsələr də bu vəziyyət daha fərqlidir. Ruh əkizləri özlərini qarşısındakında tapmağı, aid olmağı və mən anlayışının yox olmasını yaşayarlar. Əkiz ruhlar çarəsizliyi, səbri və şərtsiz sevməyi bir-birlərindən öyrənərlər.
Ruh əkizlərin bir araya gəlməsinin mütləq bir səbəbi vardır. Təməl səbəblərdən biri şərtsiz və ilahi sevgini öyrənməkdir. İlahi sevgini öyrənmənin fərqli yolları olsa da bu ən təsirli yoldur. Ruh əkizləri biri birindən fərqli duyğularada sahib ola bilərlər. Bu fərqlilik zamanla fərqli tərəflərin inkişafına səbəb ola bilər. Ruh əkizinə rast gələn adam bəzən ürəyindəkini özünə belə etiraf etməkdən çəkinər. Bəzən ictimai mövqeyi, bəzən də hazırlıqlı olmamaq gözünü qorxudar və kiməsə zərər verməmək üçün ruh əkizindən imtina edər. Bu elə bir hadır ki, ruh əkizi olmadan yaşamaq öz mənliyi olmadan yaşamaq kimidir. Ürəkləri, mənlikləri, sahib olduqları hər şey ruh əkizləri ilə birlikdə getmiş,ancaq bir bədən özlərinə qalmışdır. Şanslı olanlar bunu fərq etdikləri zaman duyğularını dinləməyi öyrənərlər və uyğun şərtlər inkişaf etsə təkrar bir araya gələ bilərlər.
Ruh əkizini tapmaq şərtsiz olan sevgini yaxalamaq deməkdir. Şərtsiz sevgi içində çıxar saxlamayan, hər hansı bir səbəbdən ötəri olmayan sevgidir. Yoldaş ruhlar isə bir-birlərini şərtli sevərlər. Şərtsiz olaraq sevgini yaşaya bilənlər yalnız ruh əkizləridir. Ruh əkizləri nadir hallarda olur və nadir olaraq bir araya gəlirlər. Bu vəziyyətdə əgər siz də bir gün ruh əkizinizə rast gəlsəniz onu itirməmək üçün nəyin nə olduğunu öyrənmənizdə fayda var.

/Mənbə:Qadınlar.biz/
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 13 757
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri