Qadın üçün ən maraqsız varlıq ram edilmiş kişidir

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 217
Səs ver:
(səs: 5)

 

İndiyə qədər dünyada elə bir insan olmayıb ki, qadın nədir sualına az-çox dolğun cavab verə bilsin.

 

Bütün qadınlar qisasçı olurlar.

 

Onlar çox emosionaldırlar, onlarda səmərəlilik azdır.

 

Qadınların düşündüyünü adətən, kişilər həyata keçirir.

 

Kişi ev qurar-qadın dağıdar, qadın ev qurar-heç şeytan da gəlsə, onu dağıda bilməz.

Qadın həmişə bilir nə istəyir, lakin nə istəmədiyini heç vaxt bilmir.

 

Qadın üçün ən maraqsız varlıq ram edilmiş kişidir. Mənə inanın.

 

Qadın dodaqları həmişə yalan danışır, amma hərəkətləri gerçəkdir.

 

Qadınla münasibətdə, nitqdə ehtiyatlı, hərəkətlərdə cəsarətli olmaq lazımdır.

 

Əgər qadın nəyisə istəyirsə, mütləq vermək lazımdır, əks halda özü götürəcək.

 

Məkanın hər hansı, istənilən bir hissəsini mənzilə çevirmək sahəsində qadında pişik istedadı var.

 

Qadına nəyi necə etməyi göstərmək məqsədəuyğun deyil, ona yalnız ediləni hazır vəziyyətdə göstərmək lazımdır.

 

Qadının həmişə möcüzəyə ehtiyacı var qoy lap kiçik möcüzə olsun, ancaq onun naminə olsun.

 

Qadınların axmaqlıqlarına ümid etməyin, məhəbbətdə bütün qadınlar ağıllıdırlar.

 

Qadın qəzəbindən dəhşətli heç nə yoxdur, amma qadının itaətkar təbəssümü qraniti belə çatladar.

 

Və yadınızda saxlayın ki, qadınların tənqidi qeydə, məzəmmətə dözümləri yoxdur. Ya dərhal kobud cavab verər, ya da incik halda hönkür-hönkür ağlamağa başlayar.

 

Gözləri ilə sevən kişidən fərqli olaraq qadınlar, qulaqları ilə sevir.

 

Qadın üçün kişi qayğısı hava və su qədər zəruridir. Xanımlarınızı sevin, yoxsa bunu sizin yerinizə başqaları edər və ruhunuz da duymaz, inanın mənə.

Rəfiqə MƏMMƏDOVA
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 3 217
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri