Moda tərzinizə görə kimliyiniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 993
Səs ver:
(səs: 2)
İlərdir bir çox moda axınının təsirində qalaraq yeni paltarlar sınaya bilərsiniz. Bu səbəblə zamanla moda stillərini qarışdıraraq uyğun olmayan şəkildə geyinə bilərsiniz. Şəxsiyyət xüsusiyyətlərinizə uyğun bir gardrobunuzun olması isə çətin deyil. 4 əsas moda şəxsiyyəti var:
Təəccüblü
Klassik
İdman
Romantik
Moda şəxsiyyətiniz mövzusunda şübhələriniz varsa aşağıdakı yazılar sizə köməkçi ola bilər.

 


Bunları geyirsinizsə moda şəxsiyyətiniz təəccüblü kimi qiymətləndiriləcək:

Geometrik dizaynlar, dəri
Bədənə oturan seqmentlər
Təəccüblü, tünd, bucaqlı, parlaq dizaynlı aksesuarlar
Böyük kəmərlər, nadir, az tapılan ləl-cəvahiratlar
Nadir tapılan ayaqqabılar, fərqli parçalar və rənglər
Təəccüblü makiyaj
Düz saçlar
Təəccüblü moda şəxsiyyəti olanlar, ən son moda olan şeyləri geyinər  və cəmiyyət içində dərhal diqqət çəkər. Şüurlu, özünə inama sahib, baş çevirən insanlardır.

 


Bunları geyirsinizsə moda şəxsiyyətiniz klassikdir:

Sadə parçalar, yaxşı seqmentli dəstələr
Hər vaxt geyilə biləcək paltarlar
Keyfiyyətli ipliklərdən ibarət  paltarlar
Çox bahalı və zərif görünən mirvari, qızıl, gümüş ləl-cəvahiratlar
Kiçik əl çantaları, zəncirli çantalar, xüsusui dizaynlı aksesuarlar
Çox yaxşı keyfiyyətli corablar
Təbii bir makiyaj
Təbii şəkilləndirilmiş saç stilləri
Klassik moda şəxsiyyəti olanlar gözəl, zərif və ənənəvi bir görünüşə sahib olub, hər vaxt geyilə bilən paltarları seçərlər. Özünə inama sahib, mühafizəkar və hər vaxt baxımlı, nizamlı olarlar.

 


Bunları geyirsinizsə moda şəxsiyyətiniz idman olacaq.

Gündəlik, rəsmi olmayan və rahat geyimlər
Təbii parçalar və yumşaq hörgülər
Sadə düz ətəklər
Xüsusi hazırlanmamış pencəklər, jiletlər, sviterlət
Cinslər
Ümumi ləl-cəvahiratlar ya da heç ləl-cəvahirat istifadə etməmək
Parça çantalar
Dabanı daha az hündürlüklü ayaqqabılar, idman ayaqqabılar, botlar
Az ya da makiyajsız görünüş
Asan şəkillənən saçlar
İdman moda şəxsiyyəti olanlar gündəlik olaraq geyə biləcəkləri rahat parçaları və paltarları seçərlər. Enerjili və sağlam olarlar.

 


Bunları geyirsinizsə moda şəxsiyyətiniz romantikdir:

Yüngül parçalardan hazırlanmış paltarlar - ipək, krep, jarse, angora
Çiçəkli, ekose və ya kvadrat naxışlı paltarlar
Damla boyunbağılar
Zərif ləl-cəvahiratlar, kiçik ya da yellənən sırğalar
Kiçik ,qadına xas çantalar
Tünd makiyaj və dodaqlar
Hündür, incə və ya plarform topuqlar
Keyfiyyətli corablar
Saçları fərqli- fərqli modellərdə sinamaq və rəngləmək
Romantik şəxsiyyəti olanlar qadına xas və ışıltılı baxışlara sahibdirlər.

/Mənbə:Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 6 993
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri