Özünü təqdim edərkən bədənin gözəlliklərini "ağılla” nümayiş etdirmək vacib amillərdəndir.
Məlumdur ki, kişiləri ilk növbədə qadınların ayaqları, xüsusilə də
gəzərkən atılan addımlar və ayaqların qoyuluşu cəlb edir. Ona görə də
qadınlar gəzən zaman bir ayağını qaldırıb digərini yerə qoyarkən birinci
dabanlarını yox barmaqlarını yerə basmalıdırlar. Belə olan halda yüngül
və cazibıdar yeriş alınır. Oturan zaman da fikir vermək lazımdır ki,
ayaqların cazibədarlığına xələl gəlməsin.
Qadınların əksəriyyəti fikirləşir ki, gözəlliyin 4 əsas şərti varsa,
bunun üçü makiajdan asılıdır. Amma yadda saxlamaq lazımdır ki, üz
cizgiləri, gülüş, mənalı baxışlar, cazibədarlıqda kosmetik vasitələrdən
öndə dayanırlar. Kosmetik vasitələr isə sadəcə qadınların təbii
cazibəsini gizlədirlər.
Cazibədar təbəssüm, gülüş insanlara müsbət enerji verir. Gülərüz
olmağa çalışmaq lazımdır. Amma dişlərini göstərərək ürəkdən gülmək ancaq
dişləri qaydasında olan xanımlara məsləhətdir. Dişləri qaydasında
olmayan xanımlara isə cazibədar təbəssüm də kifayətdir.
Əgər fikir vermisinizsə, məclislərdə həmişə danışıq qabiliyyəti olan
insanlar diqqət mərkəzində olur. Odur ki, yadda saxlayın! Sakit qəmli
dayanan qadınlara kişilər heç gözlərinin ucu ilə də baxmırlar. Göz yaşı
da kişiləri ələ keçirmək üçün güclü silahdır. Amma bundan tez tez
istifadə etmək də təhlükəlidir. Daha güclü silah isə susmaqdır. İnanın
ki, siz susmaqla cox şeyə nail ola bilərsiniz.
Deyirlər, qadınları tanımaq çətindir. Hətta bəzən olur
ki, qadın özü özünü tanıya və yüksək keyfiyyətlərini qiymətləndirə
bilmir. Belələrindən olmayın! Özünüzü kəşf edin və həyatda
xoşbəxtliyinizə sahib çıxın.