Kişilər qadınlardan niyə soyuyar?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 6 346
Səs ver:
(səs: 2)
Necə ki qadınlar kişilərin bəzi hal və hərəkətlərindən soyuyur və uzaqlaşırsa, kişilər üçün də eyni şey etibarlıdır. Onu özünüzdən uzaqlaşdırmaq istəmirsinizsə, davranışlarınızı nəzərdən keçirməlisiniz. Kişiləri qadınlardan uzaqlaşdıran başlıca davranışlar...

-Hər qadın kişisindən diqqət gözləyər. Amma bunun çoxunu gözləməyin! Kişilər strukturları gərəyi sizə istədiyiniz diqqəti  göstereməyə bilir. Əgər onu diqqət göstərməsi üçün sıxsanız uzaqlaşmasına səbəb olarsınız.

-Əlbəttə özünüzə güvənin hər vaxt tam olmalıdır. Ancaq dozasında! Kişilər hər şeyi bildiyini düşünən, hər vaxt onun söylədiyinin doğru olduğunu düşünən qadınlardan xoşlanmazlar.


-Hər kəs azad təbii ki... Ancaq bunu "Mən hər istədiyimi edərəm!" şəklində deyil də, onunla ortaq qərarlar alaraq etməniz əlaqəniz üçün daha sağlam olacaq. Kişilər dediyim dedik qadınlardan uzaqlaşarlar.


-Soyuqqanlı olun! Ən kiçik bir problemdə çaxnaşma olub böyütməyin. Kişilər problem yaradan deyil, problemləri həll edən qadınlardan xoşlanar.

-Şişirdilmiş makiyajla gözəl olduğunuzu düşünürsünüzsə, pis xəbər! Kişilər həddindən artıq makiyaj sevmirlər.

-Fərdi baxımınızı laqeyd yanaşmayın. Hər vaxt istənməyən tüklərinizdən təmizlənmiş olun və gözəl qoxun. Kişilər tər iy verən qadınlardan işıq sürətiylə soyuyarlar!

/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 6 346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri