Bütün qadınlar iri və
dik sinələrə sahib olmaq istəyir. Xüsusən də evlənib övlad sahibi
olduqdan sonra sinələr boşalır. Uşaq əmizdirən anaların döşləri
deformasiyaya məruz qalır. Zamanla sallanan döşləri bərpa etmək üçün
əməliyyata ehtiyac yoxdur. Bir neçə məhsul, düzgün seçilmiş büsqalter və
məşqlə mükəmməl sinələrə sahib olmaq o qədər də çətin deyil.
Sinələrin gözəlliyini qorumaq üçün kosmetikanın gücündən və qalıcı
təsirindən faydalanın. Dəri sıxlaşdıran məhsullar, digər baxım
məhsulları birləşəndə daha yaxşı nəticələr verir. Döşləri möhkəmləndirən
losyonları buraya aid etmək olar. Kremlər də döşləri möhkəmləndirir və
daha dik qalmasına kömək edir. Kosmetika mağazalarından bu krem və
lasyonlar haqqında geniş məlumat əldə edə bilərsiniz.
Büsqalter
seçimi də vacibdir. Səhv seçilmiş kiçik və ya böyük ölçülü
büsqalterlərin sinələri deformasiya etməsi artıq sübut olunmuş faktdır.
Mağazadakı satıcılardan yardım istəməyə çəkinməyin. Paltarlar gedilən
yerə uyğun seçildiyi kimi büsqalterlər də ona uyğun seçilməlidir.
Məsələn, idmanla məşğul olanda büsqalteri idman növünə uyğun seçin.
Büsqalterlər elastikliyini itirməməlidir.
Sinələri qısa zaman
ərzində dikləşdirmək üçün nizamlı olaraq məşq etmək ən təsirli üsuldur.
Məşqləri davamlı etsəniz, 1 ay ərzində istədiyinizdən daha artıq nəticə
əldə edərsiniz.
Məşqlər: İki ovucu döşlərə mümkün olduğu qədər
güclü basdırın. Bu məşqi gündə 3 dəfə 15 dəqiqə etmək bəs edəcək. Ancaq
nə qədər çox edilsə, hədəfə bir o qədər tez çatarsınız.
Sinə
əzələlərini hərəkət gətirmək üçün divarın önündə dayanın və əlləri
divara tərəf tutun. Bütün ağırlığı əllərin üzərinə verməklə məşqi
başlayın. Sonra qollar uzadaraq vücud divardan uzaqlaşdırılır. Bu məşq
döş əzələlərini hərəkətə gətirəcək. Məşqi gündə 30 dəfə təkrarlasanız,
dəyişikliyi nəzərə çarpacaq dərəcədə hiss edəcəksiniz.
Sonrakı
məşqlər yerə uzanaraq edilir. Hər iki ələ eyni ağırlıqda qantel alaraq
qolları yuxarıya doğru qaldırıb endirin. Bu hərəkəti 15 dəfə
təkararlamaq sinə əzələrinin gücləndirməyə kömək edəcək.
İsti və
soyuq duş terapiyası döşləri dikləşdirir. İsti və soyuq suyu
dəyişdirərək vücudun hər hansı bölgəsini sıxlaşdırmaq çox qədim üsuldur.
Ağrılara yaxşı təsir etdiyi bilinən bu metodu bütün vücuda tətbiq
edərək immunitent sistemini gücləndirmək olar. Duşun başlığını alaraq
döşlərin üzərinə əvvəlcə soyuq, 2 dəqiqədən sonra da ilıq su tutun. Bu
hərəkəti 10 dəqiqə ərzində təkrarlayıb soyuq su ilə bitirin. Soyuq və
isti duş terapiyası sayəsində döşlərdə qan dövranı sürətlənəcək, bu da
dərini dikləşdirib, hamarlaşdıracaq.