İnsanların
çoxu sevginin keçici olduğunu düşünür. Sevginin davam etməsi üçün isə
anlayışlı olmaq bəs edir. Bu məsləhətlərə əməl edərək sevginizin ömrünün
uzada bilərsiniz.
Ayrı vaxt keçirmək
Sevgilinizin
həmişə yanınızda olmasını istəmək çox normaldır. Lakin mütəxəssislər az
görüşən cütlüklərin sevgisinin daha uzun ömürlü olduğunu iddia edir.
Az-az görüşən cütlüklərin bir-birinə danışa bilcəyi mövzular, hadisələr
və hekayələr daha çox olur. Belədə münasbətlərizin yaxşı və pis
tərəflərini nərəzdən keçirə bilirsiniz. Sizi görmək üçün
dəridən-qabıqdan çıxan sevgilinizin olmasını istəmərdinizmi? Qarşı
tərəfi darıxmağa məcbur etmək sevgini alovlandırır.
Aranızda nəyinsə düzgün olmağıdığını düşünürsünüzsə, çox güman ki, haqlısınız!
Qadınların
6-cı hissi kişilərdən daha güclüdür. Hər şeydən şübhələnən və ya
güvənsiz bir tip deyilsinizsə, intuisiyanıza inanmağı tövsiyə edirik.
Məsələn, gün ərzində onunla heç cürə əlaqə saxlaya bilmirsiniz.
Ünsiyyətin və əlaqənin bu qədər asanlaşdığı çağda bunun məntiqli bir
açıqlaması yoxdura, ya dünyanın sonu gəlib, ya da münasibətlərinizin...
Bu onun sizə verdiyi bir işarədir. Bu kimi şeyləri nəzərə alıb, məsələni
həll etməlisiniz.
Əvvəllər kiməsə xəyanət edibsə, sizə də xəyanət etmək riski yüksəkdir!
Bu
barədə diqqətli olun. Xarakterini və əvvəllər necə olduğunu
bilirsinizsə, özünüzü hər şeyə hazırlayın. Kişilər bəzən duyğusal, ya da
cinsəl boşluğa düşür. Bu kimi hallarda eqolarını artıran birinə ehtiyac
duyurlar. Onalrın qayğısına qalan başqa bir qadın tapdıqları və
görüşməyə başladıqları zaman özlərini yaxşı hiss edirlər. Bu səbəbdən
bir dəfə etmiş olması, təkrarlamasını asanlaşdıracaq. Diqqətli olun.
Sizin qeydinizə qaldığını düşünməyizni istəyir!
Kişilər
adətən güclü görünməyi sevirlər. Buna görə də sizinlə lazım olduğundan
artıq maraqlanıb, hər işinizə qarışırlar. Bu halda anlayışlı olun. Gücün
onların əllərində olduğuna bilməyə ehtiyac duyurlar. Ona ehtiyacınız
olduğunu bilsə, özünə hər zaman yaxşı hiss edəcək. Qoyun buna inansın...