Qadın bir sevgilidir əslində İçində hər zaman böyük bir sevgi daşıyır. Sevdiyi insanlardan asanca ayrılmaz, onları asanca incitməz. Çətinliklə sevər, amma tam sevər. Bir qaının sözün həqiqi mənasında sevə bilməsi üçün ürəyinin qəbul etdiyini ağlının da qəbul etməsidir. Və əgər bir qadın sizi sevmirsə, heç bir qüvvə onu sizi sevməyə məcbur edə bilməz. Bəlkə asanca ürəyinə girə bilərsiniz. Ancaq beynində yer edə bilməmişsinizsə, o yeri hər an tərk edə bilərsiniz. Sevmədiyi halda kişini tərk etməyən qadınlar da vardır. Bunun bir səbəbi varsa, o da içlərində qarşısını ala bilmədikləri yazığı gəlmək, qarşısındakı insanı incitmək duyğusudur.
Qadın tənhadır əslində Heç bir zaman qadını bütünlüklə əldə edə bilməzsiniz. Özünə aid bir dünyası var və orada hər zaman yalnızdır. O dünyaya kiminsə girməsinə icazə verməz. Heç bir açar o dünyanın qapılarını aça bilməz. Yalnızlıq onun hər kəsdən qorunduğu sığınacağıdır. O sığınacağa nə zaman girəcəyinə, nə qədər qalacağına hər zaman özü qərar verər. Sığınacağında olduğu zaman onu oradan çıxmağa məcbur etsəniz onu ömürlük itirə bilərsiniz.
Qadın çılğındır əslində Nələr edə biləcəyini kişilərin ağlı təsəvvür belə edə bilməz. Fantaziyalarının sərhəddi yoxdur. Amma bunu ortaya çıxarmaq üçün həyatının kişisini gözləyər. Fantaziyalarını necə gəldi dağıtmaz. Sadəcə kişisi üçün saxlayar. Bir qadının həqiqətən həyatının kişisi olmağı bacarmısınızsa demək, çox şanslı insansınınz. Çünki həyatınız əsla adi olmayacaqdır.
Qadın həyatdır əslində Çünki həyatın içində olan hər şey qadın olduğu zaman anlam kəsb etməyə başlayır. Yemək yemək, su içmək belə Bir qadının əlindən içdiyiniz su ilə özünüz stəkana doldurub içdiyiniz su arasındakı ləzzət fərqini anlaya bilirsinizmi? Hətta ananız olsa belə Əgər anlayırsınızsa deməli siz çox xoşbəxt insansınız, əgər anlamırsınızsa deməli, siz yaşamırsınız və dünyanın ən bədbəxt insanlarındansınız.