Xanımları utandıran suallar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 329 958
Səs ver:
(səs: 12)

XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də qadınlar özləri üçün özlərindən "ayıb” pərdəsi altında tabular qurublar. Lakin "ayıb” olaraq ümumiləşdirilən bəzi suallar heç də ayıb bir məsələlər deyil. Normal, sağlam bir qadın bu sualları beynindən keçirirsə bu heç də onun əxlaqsız olduğunun göstəricisi deyil. Bəs, görəsən o suallar hansılardır?

"Orqazm olduğumu hardan bilim?”

Bu sual, qadınların soruşmağa qorxduğu sualların başında gəlir. Ətraflarındakı digər qadınlardan davamlı orqazm hekayələri eşidən qadınlar, özlərindən şübhə etməyə və bir problemləri olduğunu düşünməyə başlayırlar. Halbuki ilk olaraq bunu qəbul etmək lazımdır ki; orqazm dərhal olan bir şey deyil. Mütəxəssislərə görə orqazmı öyrənmək üçün müəyyən bir zaman lazımdır, çünki orqazm öyrənilən bir refleks olaraq qəbul edilir.

Orqazm - cinsi əlaqə zamanı tərəflərin aldığı həzzin ən üst səviyyəsidir. Orqazm vəziyyətində hər iki cinsin nümayəndəsində boşalma baş verir və bir sıra ümumi simptomlar yaşanır. Bunlardan cinsi orqanın qızarması, nəfəs və ürək döyüntüsünün sürətlənməsi və ani yorğunluğu misal göstərmək olar. Orqazm vəziyyəti cinsi əlaqə zamanı və ya masturbasiya nəticəsində baş verə bilər. Orqazm normal insan bədənində 10 – 20 saniyə davam edir. Ancaq bəzi cinsi həzzi gücləndirən dərmanların hazırlanmasından sonra, bu müddəti daha da uzatmaq mümkündür. Xüsusilə qadınlarda cinsiyyət orqanı sinir sistemi baxımından çox zəngindir.

Qadınlarda orqazmın gec əldə olunmasına baxmayaraq, orqazm baş verdikdə, həzz kişilərə nisbətən daha şiddətli olur. Tanınmış alim Uliyam Ric orqazm prosesini cinsi əlaqə dövrünün IV mərhələsi olan boşalma termini ilə izah etmişdir. Lakin hər bir qadın istənilən cinsi əlaqədə orqazm olmur. Qadınlarda orqazm, klitorun ya da digər həssas bölgələrdəki təzyiqin, bədən gərginliyini artırıb vagina (uşaqlıq yolu), uşaqlıq daxili və düz bağırsaqda sıxılmalar yaratması, bu sıxılmalar əsnasında ürək və qan təzyiqini artırması ilə meydana gəlir.

Orqazmın müddəti kimi şiddəti də adamdan adama dəyişir. Əslində qadınların orqazm olub olmadığını anlamaması kimi bir vəziyyətlə qadınlar o qədər rastlaşmırlar, çünki bir qadın bədənindəki bu dəyişiklikləri asanca anlaya bilir.

"Cinsi əlaqədən sonra cinsiyyət orqanının təmizlənməsi hamiləliyin qarşısını alırmı?”

Cinsi əlaqədən sonra genital bölgəni təmizləmək hamiləliyi önləmir, çünki spermalar sürətli bir şəkildə içəri girir və hamiləliyin yaranmasına və inkişafına səbəb olur. Genital bölgənin xarici qisminə boşalma olsa spermalar təmizlənərək hamiləlik ehtimalını azaltmış olur. Lakin buna da çox güvənmək olmaz, çünki spermalar uzun müddət öz təsirini itirmədən yaşayırlar.

Bəziləri isə "Bəzən cinsi əlaqə sonrasında ağrılarım olur, niyə?” suallı ilə müraciət edirlər. Vaginal mayenin kafi olmadığı vəziyyətlərdə cinsi əlaqə sonrasında ağrı hiss olunur. Bu ağrılar ümumiyyətlə bir şey ifadə etmir amma ağrı davamlı hala gəlibsə və hər birləşmə əsnasında tekrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu tip ağrılar uşaqlıq yolunda olan kistaların və yaraların xəbərçisi ola bilir.

Qadınlar kişilərə görə daha yavaş və çətin xəbərdar edilir. Lakin qadınların ən böyük şansı üst-üstə orqazm yaşaya bilmələri olur. Qadının boşalması daha uzun sürür və cinsi əlaqədə uzun müddət ola bilirlər. Bu səbəblə orqazmın da üst-üstə yaşanması mümkün olur.

"Menustrsiya (aybaşı) dövründə cinsi əlaqə mümkündürmü?”

Bəzi mütəxəssislər bunun zərərli olduğunu bildirirlər, bəziləri isə aybaşı dövründə cinsi əlaqəyə girilə biləcəyini ifadə edirlər. Uşaqlıq yolu aybaşı dövründə infeksiyalara daha həssas olur, bu səbəbdən də təmizliyə və qorunmağa daha da diqqət etmək lazımdır. Lakin bəzi qadınlar bu dövrdə cinsi əlaqəyə istəkli ola bilir və yoldaşları də bundan narahat olmursa birlikdə olmalarında çox da böyük bir qəbahət yoxdur.

(səs: 12)
Şərhlər: 6
Baxılıb: 329 958
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri