Qadınların yaxşı ev xanımı olmasını qiymətləndirmək üçün test

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 583
Səs ver:
(səs: 2)
Qadınların yaxşı evdar xanım olmasını qiymətləndirmək üçün Bolqarıstanda tədbiq olunmuş test sualları.Əziz xanımlar bu testdən keçmək istəyirsinizsə seçdiyiniz variantlara uyğun xalları toplayın.

1-Tutaq ki, evdə zəruri əşyların çoxu yoxdur və siz yalnız bir əşya ala bilərsiz. Hansını seçərdiz?

a) soyuducu (30 xal)
b) televizor (5 xal)
c) paltaryuyan maşın (20 xal)
d) palto (10 xal)


2- Qarderobunuzu tez-tezmi nizama salırsınız?

a) hə (20 xal)
b) yox (10 xal)

3- Mənzilinizi hər həftə eyni gündəmi yır-yığış edirsiniz?

a) hə (20 xal)
b) yox (6 xal)

4- Qonaqlar gələnə qədər mətbəxdəki işlərinizi yerinə yetirə bilirsinizmi?

a) hə (20 xal)
b) yox (8 xal)

5- Olurmu ki, qonaqlara yanmış piroq təqdim edirsiniz?

a) hə (10 xal)
b) yox (15 xal)

6- Qonaqlara özünüz xidmət etmək sizə xoş təəsurat bağışlayırmı?

a) hə (15 xal)
b) yox (6 xal)

7- Mağazaya gedərkən əvvəlcədən alacağınız ərzağın siyahısını tutursunuzmu?

a) hə (20 xal)
b) yox (3 xal)

8- Özünüzün seçmə yeməyi varmı? Hansı ki, deyilənə görə heç kəs onu sizin kimi bacarmır?

a) hə (15 xal)
b) yox (8 xal)

9- Kulinariya kitablarindan istifadə edirsinizmi?

a) hə (12 xal)
b) yox (8 xal)

10- Ev işlərində əriniz sizə kömək edirmi?

a) hə (12 xal)
b) yox (6 xal)

11- Mətbəxdə cihaz və əşyalar hər zaman rəflərə yığılmış haldadırmı?

a) hə (25 xal)
b) yox (6 xal)

12- Hesab edirsinizmi ki, soyuducu ev təsərrüfatında ən zəruri əşyadır? 

a) hə (16 xal)
b) yox (4 xal)

Əgər xallarınızın cəmi:

155-ə qədərdirsə, onda evdar qadın öz vaxtını düzgün bölmür, yəni o, kifayət qədər düzgün təsərrüfatçı deyil.
155-dən 195-ə qədər olduqda evdar xanım zəhmətsevərdi və evdə hər bir əşya öz yerindədir
195-dən yuxarıdırsa, evdar qadın həddindən artıq yaxşıdır, yəni o, həmişə nə isə eləyir, yuyur, təmizləyir və s. Lakin o, bilməlidir ki, həyat ev işlərindən ibarət deyil.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 583
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri