Ata qızını sevmədiyi bir şəxsə onun razılığı olmadan ərə verə bilərmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 861
Səs ver:
(səs: 3)
İslam məzhəblərinin məsələyə münasibəti bir qədər fərqlidir. Əhli-sünnənin maliki, şafii və hənbəli məzhəblərinə görə, ata və ya baba yetkinlik yaşına çatmış öz bakirə qızını istədiyi adama ərə verə bilər; bu zaman qızın icazəsi tələb edilmir. 

Amma ata fiziki cəhətdən qüsurlu, cinsi baxımdan iqtidarsız, fasiq (əxlaqsız) bir adama qızı ərə verə bilməz; əks halda qız kəbini pozmaq haqqına sahibdir. Atanın (babanın) öz qızından razılıq alması sünnətdir. Hənəfi məzhəbində bəzi istisnaları çıxmaqla, qız öz istədiyi adama ərə gedə bilər. Ərə gedib boşanmış və ya əri ölmüş dul qadının isə heç kimdən icazə alması lazım deyil və onu zorla kiməsə ərə vermək olmaz.

Qadınlar.Biz İslam.az-a istinadən bildirir ki, hər bir halda (bakirə və ya qeyri-bakirə) kəbin zamanı qızın razılığı alınmalıdır. Bakirə qız atasından (və ya babasından) icazəsiz kəbin kəsdirə bilməsə də, atası onu zorla heç kimə ərə verə də bilməz. Qızın və ya oğlanın razılığı olmadan kəsilən kəbin batildir. Həzrət Mühəmməd Peyğəmbər (s) qızı Fatimə üçün elçi gələndə həmişə onun özü ilə məsləhətləşir və fikrini sorüşurdu.

Fatimə (ə) rədd cavabı verdiyi üçün bütün elçilər geri qayıdırdı. Həzrət Əli (ə) elçiliyə gələndə Peyğəmbər yenə Fatimənin (ə) yanına gedib onun fikrini soruşdu, Fatimə susmaqla razı olduğunu bildirdi. Yalnız bundan sonra Peyğəmbər onların kəbinini oxudu. Hədislərdən məlum olur ki, Peyğəmbərin zamanında ataları tərəfindən zorla sevmədikləri adama ərə verilmiş qızlar o həzrətə şikayət edir və Peyğəmbər onların kəbininin pozulmuş olduğunu söyləyirdi. Əhli-sünnə fiqhində bu nüanslar nəzərə alınaraq, qızın fikrini soruşmaq sünnət sayılır.

Bu məsələni ata ilə qız arasında barışıq yolu ilə həll etmək məsləhətdir. Şəriətimiz nə atanın, nə də qızın özbaşına davranmasına icazə vermir. Valideyn haqqını qorumaqla, hörmət və sayğı ilə bu problem həll olmalıdır.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 5 861
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri