Əfsanə qadınlar

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 3 157
Səs ver:
(səs: 2)
İçinizdəki MARILYN MONROE`NU ORTAYA ÇIXARIN!

Marilyn Monroe, ilk gənclik illərindən etibarən, kişilərin üzərindəki gücünü kəşfə başlamışdı. "Onların məni öpmək, mənə sarılmaq istəməsinin günahı məndəymiş. Bəziləri, onlara ehtiras dolu gözlərlə baxdığımı söylədi. Bəziləri isə səsimin özlərini başdan çıxardığını söylədi. Bir qisimi isə onları yerə yatırdan titrəşmələr yaydığımı iddia etdi" sözləri gündəliyinə yazdığı kişilərlə əlaqədar etiraflardan yalnız biriydi.

Həm arzulu bir qadın həm də günahsız bir qız uşağı olun:

Marilyn Monroe, sanki mənliyinin bir hissəsi cinsilik qışqırıqları təyin edərkən, qalanı bunun fərqində deyilmiş kimi saf və utanqançdı. Bu ziddiyyət kişilərin başını döndürürdü. Bir qadının həm qorunmağa möhtac həm də cinsi baxımdan həyəcan verici görünməsi kişilərin ən böyük fantaziyasıdır.

Səsinizi Marilyn Monroe kimi istifadə edin:

Marilyn Monroe, səs tonunu, kiçik bir qız ilə vamp bir qadın səslərinin qarışığına qədər alçaldırdı.

Hərəkətlərinizi şəhvətə istiqamətləndirin:

Marilyn Monroe, hər oynadığı səhnədə, seksi düşünürmüş, şəhvətin pəncəsinə qapılmış kimi cinsi titrəşmələr yayırdı. Sevilmək və arzulanmaq istəyi, davranışlarınıza ayrı bir cazibədarlıq qatar, amma bu təsiri yaradarkən məsumluğu də ön planda tutun.
 
Əfsane qadınlar
 
ONLARI KLEOPATRA KİMİ dizə gətirin!

Romalı yazar Dio Cassius, "Kleopatra - şəxsiyyəti və çıxışı ən soyuq və ən qərarlı düşmənini belə başdan çıxara bilirdi. Sezar da onu gördüyü və səsini eşitdiyi anda ovsunlanmışdı" deyir.

Ondan üstün olduğunuzu düşündürün:

Kleopatra, Sezarla söhbətlərində soyundan gəldiyini iddia etdiyi Böyük İskəndərdən söz edərdi. Bu da Sezarın özünü daha aşağıda hiss etməsinə və kişiliyini sübut mövzusunda hirslənməsinə səbəb olardı. Siz də onun özünü əskik hiss etməsinə gətirib çıxaracaq mövzuları açın.

Həyatının darıxdırıcı olduğunu ona göstərin:

Kleopatra, Marcus Antoniusu tovlamaq üçün də, onu Misirdə ziyafətlərlə qarşıladı; cürbəcür əyləncələr təqdim etdi və Misir həyatının Roma həyatından ən azından əyləncə mövzusunda daha üstün olduğunu ona sərgilədi. Siz də ona həyatının darıxdırıcı və maraqlı olmadığını düşündürün.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri