Sitat obyekti: Qadınlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 914
Səs ver:
(səs: 2)
http://imgs.su/tmp/1318919427-656.jpg

1. Qadınlar heç vaxt kişilər kimi müvəffəqiyyətli olmayacaq, çünki onlara məsləhət verən arvadları yoxdur.
- Dick Van Dyke

2. Qadınlar iki qrupdan ibarətdir: ilahələr və kölələr.

- Pablo Picasso


3. Bütün qadınlar yararlıdır - ya hər şeyə, ya da heç nəyə.
- Miguel De Cervantes


4. Qadınlarda riyaziyyata qarşı sevgi var. Onlar yaşlarını ikiyə bölür, geyimlərinin qiymətini ikiyə vurur, və həmişə də ən yaxın rəfiqələrinin yaşına ən azı beş il əlavə edirlər.
- Marcel Achard


5. Qadınlar: onlarsız yaşaya bilmirəm, qonşular da sezmədən onları arxa bağçada basdıra bilmirəm.
- Sean Williamson


6. Qadını məhkəmədə görməyincə onu tanımaq mümkün deyil.
- Norman Mailer


7. Soyğunçu səndən ya pulunu ya da həyatını tələb edəcək. Qadın isə hər ikisini.
- Samuel Butler


8. Qadınlar fil kimidir, onlara tamaşa etməyi xoşlayıram, amma sahib olmağı istəmirəm.
- W.C. Fields(Mississippi, 1935)


9. İki il bir qızı izlədim ki, sonda onunla mənim zövqlərimizin eyni olduğunu öyrənim
-- Groucho Marx


10. Qızın 18 yaşınadək yaxşı valedeynlərə ehtiyacı vardır; 18-35 arası onun yaxçı görünüşə ehtiyacı vardır. 35-55 yaş arası yaxşı şəxsiyyət olmalı. 55 yaşından sonar isə yaxşı pula ehtiyacı vardır. Ona görə də mən pul ehtiyat edirəm
- Sophie Tucker


11. Əgər qadınlar yanlış yoldadılarsa, onların arxasınca gedən kişilər doğru yoldadır.
- Mae West


12. Qadının beyni kişinin beynindən daha təmizdir, çünki o, tez-tez onu təzələyir. (Bizim sözlə barmağı həmişə F5 düyməsindədir)
- Oliver Herford


13. Qadın təxmini kişi dəqiqliyindən daha etibarlıdır.
- Rudyard Kipling


14. Psixiatr qadınlar tərəfindən pulsuz soruşulan sualları səndən baha qiymətə soruşan peşəkardır sadəcə.
- Joey Adams


15. Əgər qadınlar mövcud olmasaydı, yer üzündəki bütün pullar mənasın itirərdi.
- Aristotle Onassis


16. Bir gün bir qız zəng eləyib dedi ki, "gəl bizə, evdə heç kim yoxdur". Mən də getdim evə. Evdə doğrudan da heç kim yox idi.
- Rodney Dangerfield

 

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 1 914
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri