Qızlar var ki... Oğlanlar var ki....

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 4267
Paylaş:
Səs ver:
(səs: 3)
Mən ikimizin yerinə sevərəm (ŞEİR)

Qızlar var ki... Oğlanlar var ki....


Qızlar var ki, ürəkdən sevərlər, qızlar da var ki ürəklərdə olmağı sevər.

Qızlar var ki, işinin professionalıdır, qızlar da var ki, yalan danışmağın professionalı.

Qızlar var ki, "HEÇ BİR QIZ OĞLANIN DİQQƏTİNİ HİSS ETMƏYƏCƏK QƏDƏR DƏLİ DEYİL, ONU BİRUZƏ VERMƏYƏCƏK QƏDƏR AĞILLIDIR" prinsipinə əsaslanaraq QIZLA OĞLANIN DOSTLUĞU MÜMKÜNDÜR deyərlər.

Qızlar var ki, dəblə forslanarlar, qızlar da var ki,forslarından dəb yaradarlar.

Qızlar var ki, "HEYİF QIZLAR ƏSGƏRLİYƏ GETMİR" desələr də adi qan şəkillərindən belə qorxarlar.

Oğlanlar var ki, göz yaşları onlar üçün zəiflik əlaməti, qızlar da var ki, göz yaşları onların müdafiə silahıdır.

Qızlar var ki, "PAXILLIĞIM TUTUR" ifadəsi əvəzinə, "MƏNƏ PAXILLIQ EDİRLƏR" ifadəsini işlədərlər.

Oğlanlar var ki, onlar üçün digər qızın gözəlliyini qəbul etmək faciə, dilə gətirmək isə ölümə bərabərdir.

Oğlanlar var ki, imtahanlarının nəticələri ilə fəxr edərlər, qızlar da var ki, onlara söz atan oğlanların sayı ilə...

Oğlanlar var ki, gözlərdəki gözəlliyi sevərlər, oğlanlar da varki gözəllikləri gözlərlə sevərlər.

Oğlanlar var ki, günü-gündən artan hörməti, işi onu professionallığıdır, oğlanlar da varki günü-gündən artan qızları, sevgililəri onun professionallığıdır.

Oğlanlar var ki, dostluğu dostunun pis günündə ona sahib çıxmağında görür, oğlanlarda var ki dostluğu dostunun cibində görür.

Oğlanlar var ki, cəmiyyətdə qiymət verilmək üçün geyinir,oğlanlar var ki, cəmiyyətdə dəyər qazanmaq üçün geyinir.

Oğlanlar var ki əsgərliyi hər gecə yatacağı kazarmada təsəvvür edir, oğlanlar da var ki, əsgərliyi Bodrumda təsəvvür edir.

Oğlanlar var ki, göz yaşı onlar üçün ölüm, oğlanlarda varki gözyaşı onlar üçün çıxış yoludur.

Oğlanlar var ki, paxıllıq sözünü hələdə kiminsə maşınında, telefonunda axtarır, oğlanlar da var ki, paxıllığı əldə edə bilmədiyi savadın və itirdiyi vaxtında görür.

Oğlanlar var ki, gözəllikləri ilə qızların qəlbini fəth etmək istər, oğlanlar da var ki ,bir qızın qəlbinə sahib çıxmağı gözəllik bilər.

Oğlanlar var ki, institut oxuyub ali savad qazanır, amma ona qoyulan hörmət elə eynidir, oğlanlar da var ki, məktəbi bitirib fəhlə işləyir amma onun hörməti günü gündən artır


loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 4267
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv