Piercing haqqında bilinməsi lazım olan hər şey

Müəllif: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2561
Paylaş:
Səs ver:
(səs: 0)
Son illərdə gənclər arasındakı ən moda aksesuarlarından biri də piercinglərdir. Baxıldığında gözə xoş görünən, amma tətbiq olunması çətin olan bir işdir.

Hər kəsin istifadə etməyə cəsarət edə bilmədiyi bu aksesuarların baxımı da bir az əziyyət tələb edir. Çunki ən azından dəmir parçasıdır. Baxım əsas şərtdir. Yoxsa dəriyə zərər verərək, mikrob və infeksiyanın yaranmasına səbəb olar.

Piercing haqqında bilinməsi lazım olan şeylərin başında gigiyena və sağlamlıq qaydaları gəlir. Dərin bir baxım tələb edən bu aksesuarlar, xüsusilə ilk istifadələrdə diqqətlə təmizlənməlidir. Yara meydana gəlməməsi üçün bölgənin tez-tez təmizlənməsi və təmiz tutulması lazımdır. Bu aksesuarı istifadə edən insanların xüsusilə ilk zamanlar əl təmizliyinə çox diqqət yetirmələri lazımdır.

Taxılan bölgənin təmizlənməsi vəziyyətində tək istifadəlik kağız dəsmallarla qurulanması lazımdır. İstifadə edilən dəsmalın təkrarən eyni bölgəyə toxunmaması lazım. Bəziləri piercing yaralarını daha tez yaxşılaşdırmaq üçün duzlu su istifadə edilməsini təklif edir. Təmizliyini duzlu su ilə aparılan yaranın tez qabıq bağlamasıyla daha sürətli yaxşılaşacağı deyilir.

Piercing haqqında bilinməsi lazım olan şeylər bu qədərlə məhdud deyil. Taxılan bölgədə yaranan yaralar, əczaxanalardan təmin edə biləcəyiniz dezinfeksiya dərmanları ilə gündə ən az iki dəfə təmizlənməlidir. Bu cür tətbiqlərdə qulaq pambıqlarından da faydalana bilərsiniz.

Məlhəm və bənzər məhsulların yara üzərinə istifadə edilməsi təklif edilmir. İstifadə edilməsi vəziyyətində içərisindəki yağın dəlikləri tez bağlaya biləcəyi ifadə edilir. Tez-tez yumaq və təmizləmək də zərərlidir. Bu yaranın gec qurumasına səbəb ola bilər. Yaraların yaxşılaşması vəziyyətində piercingin tez-tez çıxarılıb təmizlənməsi lazımdır. Təmizlənməyən piercingler dəridə problemlərə yol aça bilər.
 
/Mənbə:Qadınlar.Biz/

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2561
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook