Qadınların ən təhlükəli sözləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4 013
Səs ver:
(səs: 1)
Biz insanlar qəzəbli olduğumuz zaman çox sözlər işlədirik. Lakin qadınların qəzəbli olduqları zaman dedikləri ifadələr heç də düşündüyünüz kimi sadə deyil. Bu xəbərimdən sonra artıq bir çox kişi biz qadınların sadə sözlər altında gizlətdiyimiz fikirlərdən xəbərdar olacaqlar. Onlar hansı sözlərdir? Buyurun, oxuyun və yararlanın.

"Yaxşı, sən deyəndi!" Bu ifadəni qadınlar, adətən, mübahisəni bitirmək üçün və sizin susmağınızı istədikləri üçün deyirlər.

"Cəmi 5 dəqiqə”. Bu ifadəni qadınların dilində müxtəlif zamanlarda eşidə bilərsiniz. Cəmi iki nümünə ilə sizə izah etməyə çalışaq. Qadın harasa getmək üçün  hazırlaşmamışdan əvvəl sizə "cəmi 5 dəqiqə” dedisə, demək ən azı yarım saat gözləməli olacaqsınız. Yox əgər xanımınızın sevimli filmində anons verildisə və bu an sizə futbola çevirmək üçün "cəmi 5 dəqiqəlik” fürsət  verdisə, inanın mənə bu elə tam-tamına beş dəqiqə çəkəcək.

"Heç nə olmayıb”. Baş verəcək tufandan öncəki sözlərdir. Ona görə diqqətli olun. Adətən, qadınların mübahisəsi "heç nə olmayıb”dan başlayır, "yaxşı, sən deyəndi” sözü ilə bitir.
"Hə-ə davam elə”. Qadın bu kəlməni deyirsə, o demək deyil ki, sizə mübahisənizə davam etməyinizə icazə verir. Xeyir. Əslində çox qəzəbli olduğundandır. Belə ifadəni eşitsəniz, mübahisəni bitirin və  bir kəlmə də deməyin.
Ağır, dərindən nəfəs aldı. Qadınların dərindən nəfəs ötürməsi kişilər tərəfindən çox zaman düzgün başa düşülmür. Əgər mübahisədən sonra qadın dərindən nəfəs alırsa, o deməkdir ki, sizə sərf etdiyi dəyərli zamanına heyifslənir.

"Hər şey əladır”. Bu, kişinin qadından eşidə biləcəyi ən təhlükəli ifadədir."Hər şey əladır” deyən qadın əslində düşünmək və sizi dediyiniz sözlərə peşman etmək üçün fasilə götürdüyünü ifadə edir.

"Çox sağ ol”. Qadın əgər bu kəlməni dedisə, qarşılığında nə üçün çox sağol dediyini soruşmayın.  Yoxsa axmaq vəziyyətə düşərsiniz. Əvəzində sadəcə "dəyməz” deyin.   Yox əgər qadın cazibə ilə, sarkazm ilə sizə "çox sağ ol” deyirsə, əvəzində "nə etdim ki,” deyərək isti auraya rəng qata bilərsiniz.

"Vacib deyil”.
Qadından bu ifadəni eşitdinizsə, demək, sizi dünyanın ən ucqar nöqtəsinə "sürgün” edir.

"Narahat olma, özüm edərəm”– daha bir təhlükəli ifadə. Kişi dəfələrlə xahiş edilmiş işləri görmürsə, (məsələn: zibil atmaq, ütünü təmir etmək, kitabı gətirmək və s.) o zaman qadınından "narahat olma, özüm edərəm.” kəlməsini eşidəcəklər. Bu heç də xoş hal deyil. Çünki qadın qəzəbli və əsəbi olacaqdır. Siz də "nə isə olub?” deyə sual verəndə cavabında 3-cü variantdakı ifadəni eşidəcəksiniz.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 4 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri