Ərinin fahişəsi ol?!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 798
Səs ver:
(səs: 2)
"Süpürgə", yoxsa "fahişə"?
Bu yaxınlarda yanımda hansısa bədii qəhrəmanın dilindən götürülmüş alayarımçıq bir fikir səsləndi: "Qadın evin anası, qulu-köləsi, qadını, bəzəyi, təmizliyi, istisi…hətta fahişəsiymiş”. (Qadını evdən gedən kişinin düşüncələri). Bir sözlə, qadın evin hər şeyidir. Qədri və dəyəri bilinən yerdə. Nədənsə çox vaxt evdə bir bu qədər "statusa” malik qadının doldurduğu yer boşalanda ayılır kişilər: "Sən demə, nələr gedirmiş evdən bir qadının gedişiylə…” Ya da gedən qadın yox, əks tərəf olur. Bu gedişə səbəb isə bir deyil, iki deyil. Bəs günahkar kimdir, qadın, kişi, qayınana, baldız, yoxsa kim, kim, kim? Məsələ orasındadır ki, qadınların çoxu ailə qurdumu, başlayırlar evinə, həyat yoldaşına, onun ailəsinə sədaqətini, qoçaqlığını, bacarığını sübut etmək üçün əldən-ayaqdan getməyə. Təbii ki, bunlar da vacibdir. Amma bu məsələrin içində nə özü yada düşür, üz-gözü, nə saçı, nə əyni-başı.  Bununla olsan-olsan qayınanın-qayınatanın "qoçaq gəlini” ola bilərsən, o da bəxtin gətirsə. (axırda evin "süpürgəsi” olmasan). Bu qoçaq gəlin bir də görür ki, əri evə artıq gec gəlməyə başlayır, bir gün heç gəlmir.

Zəng vurub səbəbini soruşanda "Sənə nə? Arvadsan arvad yerini bil. Bəlkə sənə hesab da verim?” cavabını alırsan, dalınca da "dud, dud, dud…”, telefon üzünə bağlanır və sözün ağzında qalır. Və artıq başlayırsan qonşuların, qohum -əqrəbanın ağzında saqqız olub çeynənməyə: "Eşitmisən, filankəsin əri neçə gündür evinə gəlmir. O gün onu filankəsin evinə girəndə görüblər və s, və s, və s…”(Bizimkilərə də bu lazım deyilmi?) Bu dedi-qodular sənin ağ gününü göy əskiyə bükəndə düşünməli, onu sənin üçün doğma olan bu ocaqdan uzaqlaşdıran səbəbləri axtarmalı olursan : "Görəsən, harda, nə vaxt  səhv etmişəm, neyləmişəm? ” Bu düşüncə, bu xəyalla təsadüfən güzgünün qarşısından keçirsən. Özünü görürsən. Bəs bu sənmisən? Gəl indi onu da fikirləş görək, bəs sən kişi olsan bu qadınla yaşamağa razı olarsan? Söz yox, sən bu ev, bu ailə üçün çox əmək sərf etmisən, danılmazdır. Amma ərin onu hesaba alırmı, sən ona bax.

Demək, ilk dəfə eşidiləndə qulağa çox dəhşət gəlsə də, elə ərinin "fahişəsi” də olmaq  lazım gəlir ki, sonra onu başqa qapılarda axtarmayasan. Düşünəcəksən…necə yəni fahişəsi?  Axı hansı qadın özünə bu adı yaraşdırar? Bəs səni o filankəslərə dəyişməyi necə, özünə yaraşdırırsan? Həəə, fikirləşdin…qərara gəlirsən ki, bu gündən özünə fikir verəcəksən, baxımlı qadın olacaqsan. Həyat yoldaşını hərtərəfli təmin edəcəksən. Qardirobu açırsan…heç vaxt onun üçün geyinmədiyin gözəl və qara rəngli gecə geyimi…Bəzəndin, düzəndin… indi onun gəlməyini gözləyirsən…gec də olsa, o gəlir. Sevincək qapını açırsan. O isə üzünə belə baxmadan: "Yenə kimin ölüb? ”

P.S. Qətiyyən kişilərə haqq qazandırmaq istəmirəm. Amma… dediyim kimi. İslamda da qadının həyat yoldaşının hər baxımdan istəklərinin qarşılanması buyurulub. Həmçinin kişinin də öz qadınına yaxşı münasibəti…" (Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver.” (Bəqərə-223)
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 798
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri