"Qara qadın" nəzəriyyəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 411
Səs ver:
(səs: 0)

alt

 

Biz əslində daş dövründən də geridə qalan bir svilizasiyada yaşayarıq. Nə olsun kamputer erası başlayıb və biz daha çox imkanlara sahib oluruq. Lakin unutmuşuq ki, qadınların hüququnu pozan bir eranı yaşayırıq.

QARA QADIN nəzəriyəsinin kökü hara söykənir? Necə oldu ki, bu nəzəriyyə formalaşdı?

Fikir ayrılığı olmasın deyə bunu iki yöndən araşdırmağa başlayacam.

Dini baxımdan götürsək Adəm peyğəmbərin yaradılışından sonra Onun ürək xətti təmasında olan bir qabırğasından dünyanın ilk qadını - Həva yaradıldı. Və Allah da bununla ilk dəfə demiş oldu ki, qadını ürək xəttinin təmasında olan kişi qabırğasından yaratdım ki, əzilməsin, döyülməsin və əzablara düçar edilməsin. Yalnız sevilsin və əzizlənsin.Və bundan sonra göndərilən hər bir peyğəmbərlərin öz qadınları və qızları ilə rəftarlarında heç bir tarixi mənbə qüsur tapa bilməz. Qadın Allah hüzurunda ən böyük mərtəbəyə sahibdir. Qadın dünyanı quran və yaşadan bir zərif cinsdir.

Tarixi faktlar baxımından bu nəzəriyəyə baxsaq yenə hər şey yenə qadın tərəfindədir. Məhz tarixdə ilk cəmiyyətin formalaşdığı zamanlarda ANAXAQANLIQ mövcud olub. Qadın alidir, qadın böyükdür və qadın əvəzedilməzdir. Hətta qohumluq əlaqəlir qadın xətti ilə qurulurdur. Qadın evin ocağı idi. Evi, ailəni və cəmiyyəti yaşadan qadın idi. ANAXAQANLIQ qadına olan dəyərin itməsi ilə bitmədi, yalnız fiziki işlərin ağırlaşması ilə öz yerini itirdi və nəticədə QARA QADIN nəzəriyəsinin ilk qığılcımı olan ATAXAQANLIQ yaranmağa başladı.

Və zaman keçdikcə ağılsızlar və insan sürüsü dediyimiz yığına gülməyə başladıq. Biz müasirik deyərək, qadınları kəniz etdik, şah saraylarında onların bizi əyləndirməsinə məcbur etdik. Ucuz bir və ya dəyərsiz bir əşya kimi satmağa, verməyə, bağışlamağa başladıq. Zorakılığa məruz qoyub, belinə də körpə bir uşağı yüklətdirib, ən ağır işlərə məhkum etdik. AXI BİZ KAMPUTER ERASINA HAZIRLAŞIRIQ.

Kişilərin "at çapdıqları" bir dövürdə qız uşağını dünyaya gətirmək bir qəbahət saydıq. Onları diri-diri basdırdıq, niyə oğlan doğurmadın deyərək, anaya zülm verdik. Amma evlilik üçün oğlan bizdən, qız sizdən deyərək bar-bar bağırırdıq. "Kişi sözü", "Kişi yanında baş kəsilər", "Kişinin sözü bir olar" və s. kimi deyimləri uydurub, sanki qadınlar satqın və yalançıdırlar deyə tarixə iz buraxdıq.

Kamputer erasında yaşayırıq. Qız uşaqlarını təhsildən məhrum edirik, onları uşaq vaxtlarında, həyatın ən gözəl anlarında özlərindən -qat-qat böyük, iyrənc, tanımadıqları kişilərə zorla ərə veririk. Amma tarixə dönüb, baxanda şüursuz insan sürüsünə gülüb, özümüzü onlardan üstün sayırıq.

Hər küçəyə atılan qadına əl tutmadıq. Şəhvət gözü ilə baxıb, onlardan istifadə etməyə can atdıq. Sandıq ki, onlar öz xoşları ilə fahişəlik edirlər. Ailəmiz, sevdiyimiz ola-ola onların yanına gedib, bu həll olunmaz, qlobal problemi daha da böyüdürük. Qadına insan kimi yox, intim simvolu kimi baxmağa başladıq. Tanımadığımız qadının üzərində xəyallarımızı qurmağa başladıq. Vay o qadının halına ki, cəmiyyət içində bir balaca gülümsəsin.

Qadın azadlığı Amerika, Avropa deyil. Qadın azadlığı səsləri ərəb səhralarında kəsilən, şərqin geridə qalmış, ucqar dağlarında batan qul və kölə olmuş qadınların təhsilidir, həyatda seçim etmə şanslarıdır. Qadın azadlığı Şərq dünyasında pak olan qadın deyil. Qadın azadlığı Qərb dünyasında fahişə dənizində batan milyonlarla qadının boğulmaqdan xilas olmasıdır.

Biz evlənirik. Ona görə yox ki, o mənə tabedir. O mənim üçün işləməlidir. Mənim üçün yeyəcək hazırlayıb, mənim üçün yumalıdır. Ona görə evlənirik ki, həyatmızın qalan hissəsini onunla keçirdirik. Elə bir kəslə ki, artıq Sən və Mən geridə qalır və Biz anlayışı formalaşır.

Əlbəttə bir qadının bütün bunlardan sonra müasir dünyadansa onu incitməyən şüursuz bir insan sürüsü olan cəmiyyəti seçməsi normal haldır.
Sanki ALLAH Həvvanı qabırğadan deyil, daban sümüyündən yaratmışdır.

Müəllif: Asəf Həsənov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 411
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri