Qadın modasında kişi hegemonluğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 744
Səs ver:
(səs: 0)

alt


Qadın modasının ən məşhur modelyerlərin tarix boyunca həmişə kişilərin olması yeni bir mübahisəni başladıb. 1950, 60 və 70-ci illərdə Christian Dior, Yves Saint Laurent və Gianni Versace podyumların hegemonları idilər. 1990 və 2000-ci illərdə onları Dolce&Gabanna, Alexander McQuenn, Tom Ford əvəz etmişdir. Bunun səbəbi isə modanın qədim tarixinə əsaslanır. Tekstil sənayesinin inkişaf etdiyi illərdə dizayn və texniki işlərlə kişilər, sadə əl baçarığı tələb edən tikmə, boyama işləri ilə isə qadınlar məşğul olmuşlar. AmerIkalı modelyer Tom Forda görə başqa bir səbəb də, xarici görünüş barədə qadınların kişilərə daha çox güvənməsidir. O qeyd edir ki, kişilər obyektivdir. İngiltərədə yayımlanan "Clothes Show" proqramının aparıcısı və modelyer Jeff Banks da Fordun sözlərini təsdiqləyir və deyir ki "Bir qadının başqa bir qadından nece göründüyünü soruşduqda aldığı cavab həmişə eynidir: Mükəmməlsən! Ona görə də başqa qadınların cavablarından şübhə duyurlar." İngiltərədəki De Montford Universiteti Moda və dizayn bölməsinin rəhbəri Julie Kingə görə də qadınıar karyeralarına evlənmək, uşaq dünyaya gətirmək üçün fasilə verirlər. Moda isə fasiləni sevmir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 744
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri