Sən arvada əziyyət vermirsən ki?!
Sən evə gəlirsən,
Uzanırsan divanda
Şellənirsən o yan, bu yanda.
Arvad isə mətbəxdə
Eşələnir qabyuyanda.
Sən arvada işləməyi qadağan etmirsən ki?!
Arvad da
Sən arvadını məcburi çadralamırsan ki?!
Geyimdir də - namus-qeyrət qoruyursan.
Vəhabilərə baxıb şükr edirsən, doyursan.
Sən arvadını döymürsən ki?!
Təhqir edirsən, söyürsən
Həyatını zəhərləyib
Mənən öldürürsən.
Sən qadın hüquqlarını pozmursan ki?!
Səncə hamı bərabərdir,
Amma kişilər kişidir.
Arvadı buyurmaq onun işidir.
Yox əşi. Sən vəhşi deyilsən, sən müasirsən.
Sadəcə xəbərin yoxdur,
Çöldə dovşan, evdə şirsən.
Beşinə baxıb şükür edirsən əyalına
Amma təsəvvür də etmirsən ki,
Sənin ibtidailiyinə baxıb
Beş mini də şükr edir öz halına.
Müasirsən,
Bəlkə də gəncsən,
Əzələn çoxdur, ərkəksən,
Evdə arvadla təkbətəksən.
Vəzifənin qabağında boğazsan, dişisən,
Belə davam elə, sən kişisən.
P.S. Her bir kisi sevdiyi qadinina onun sevgisine gore onun ozune gore onun qadinligina gore hormet elemelidir, onu ezizlemeli ve haqqini tanimalidir. Sirf sevdiyidir deye kolesi qulu kimi davranmamalidir, unutmayaq ki, qadin zerif bir chichekdir, onu ele qoxulamaq lazimdir ki kusub solmasin.