Gozellyin menbeyi hardan baslayir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 243
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1322036018-656.jpg

 

Siz nə vaxtsa düşünmüsünüzmü, niyə qadınlarda düzgün və böyük formada olan döşlər cəlbedici görünür, nəinki kiçik döşlər? Niyə uzun və düz ayaqlar heyranlıq doğurur, amma qısa və dolu ayaqlar gözəl hesab olunmur? Axı bu  kifayət qədər aydın deyil, baxmayaraq ki, bu mübahisəsiz bizə elə gəlir. Əslində, bunlar  ibtidai instinktlər baxımından hələ də  bizim anlayışlara çox təsir edir.  Bu bir növ atavizm qavramadır, necə ki, bizə atalarımızdan miras qalmışdır. Gəlin buna keçmişdə yaşayan adamın gözü ilə nəzər salaq. İnkişaf etmiş döş  böyük həcmdə süd vermək bacarığına malikdir, bu da gələcək nəslin yaşaması üçün çox vacibdir.

Arıqlıq və uzun ayaqlar dözümlülük və özünü mühafizə,  təhlükə olduğu halda özünü xilas etmək qabiliyyəti ilə bağlıdır. Geniş çanaq uşaq doğuşuna kömək edir, doğuşun gedişini asanlaşdırır. Gün şüasından qaralmaq sağlamlıq əlamətidir. Düz və güclü dişlər də bilavasitə sağlamlıqla bağlıdır,  bərk qidanı çeynəməyə qadirdir.

Fərz edək ki, gözəlliyin qaydası olaraq ibtidai insan üçün çox tüklülər yenə də özünü qoruması ilə bağlıdır. Lakin qaydalar yəqin ki,  geri dönülməz keçmişdə qaldı. Yaxşı ki, bir şey  bizi əcdadlarımızdan  fərqləndirir. Başa düşmək lazımdır ki, qadınların və kişilərin sağlamlığı ibtidai insanları əsasən doğum və nəsli davam etdirmək bacarığı üçün maraqlandırırdı.  

İndi kişilərə dönək. Burada hər şey daha asandır. Kişilər hər şeydən əvvəl ovçu və müdafiəçi olub ki, bu da prinsipcə,az dərəcədə olsa da, müasir cəmiyyət üçün doğrudur. Belə ki, kişilər onun uşağını dünyaya gətirən qadını müdafiə etməli  və əlbəttə ki, uşağını da qorumalı idi. Gözəlliyin meyarı güc və fiziki dözümlülük idi. Burda əzələlər, sağlam diş  və tüklülük rol oynamışdır. Bir qayda olaraq kişilərin cinsiyyət üzvünün böyük olması münbitliyinin amili idi: cinsiyyət üzvü nə qədər böyük olsa, o qədər də döl artımı qabiliyyətinə malikdir. Baxmayaraq ki, bunun yanlış olduğu çoxdan sübut edilib, amma bu qaydaların cəlbediciliyi insanların süurunda hələ də qalıb. Cəsarətlə deyə bilərik ki, bu fiziki cəlbediciliyin amilləri uzaq keçmişdən formalaşmış və sağlamlıqla bağlı olub, dözümlülüklə və ən başlıcası, yaşayışı davam etdirmək qabiliyyəti ilə bağlı olmuşdur.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 243
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri