Bir qadın yalnız qalarsa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 4 573
Səs ver:
(səs: 4)
Bir Qadın yalnız qalarsa…..
Yalnızbaşına ağlarsa…
Bax bu bütün fəlakətlərin başlanğıcı deməkdir həyatında.
Arzuların yıxımı, uçqunlar altında qalmış ümidlərin işartısıdır ən son anda…

Bir qadın yalnız qalarsa..
Gözlərindən axan hər damla yaşda gün gələr boğar ONU!
Qadın məhv edər Onu…
Damla-damla axıdıb ürəyindən, nifrətinin atəşində qurudar onu…
Ağlayar… ağlayar…. Susar…
Güclənər, düşünər, ayağa qalxar…
Irəli baxar…. Içində bastırılmış  intiqamın kölgəsində
Böyüyər, ucalar… zirvəyə qalxar!
Unutmaz amma! Öz rifah təbəssümülə
Gün gələr tərkedənin canını yaxar!
Və budur illərin savaşı bitdi…
Artıq yeni sahillərə yelkəni açar!
Yalnız qalarsa bir qadın…
Ağlayar, ağlayar, susar…
Həyatının sonunu qaranlıq yazar…
Güc alar gücsüzlüyündən, güc alar  acizliyindən…
Kimsəsizliyinə tutunub unutdu sanar onu!

Tərk edimişliyindən güc alıb biçarə qadın,
Tərk edən qismində , onlarla bədəndə unudar onu…
İndi bataqlığın ən dibində… işıq gözləyir ümidsizcə…
Işıq varmı? Işıq yox… çarə varmı, çarə yox..
Çarə  tərkedənin gözlərində… ümid tərkedənin sözlərində…
Hələ də gözləyir tənha qadın… hələ də gözləyir ümidsizcə….

Bir qadın yalnız qalarsa…
 Qadınlığı bitər ... obrazını dəyişər…
Cəmiyyət sıxar onu… təklər onu…
O qədər sıxar ki, ya kişi edər, ya fahişə edər,
Ya da  istəksizcə hicaba salar  onu…
Bir qadın yalnız qalmasın bu həyatda!
Qalarsa əgər….
Bu həyat yeyər onu!
(səs: 4)
Şərhlər: 13
Baxılıb: 4 573
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri