Evi təmiz saxlamağın 5 qızıl qaydası

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2024
Paylaş:
Səs ver:
(səs: 1)
alt

Evdar qadınlar ürək ağrısı ilə ev işlərinə gün ərzində neçə saat sərf etdiklərini deyə bilərlər. Bu haqda ən çox uşağı olanlar və ev işlərini köməksiz, tək başına görənlər danışa bilər. Bütün gününü yemək bişirmək, qab yumaq, evi yığışdırmaq, döşəməni silmək, tozları silmək, paltar ütüləmək kimi işlərə sərf etdikdə birdə baxırsan ki, günün sonudur. Lakin iş bitmir, eyni işi sabah da, birisi gün də görməli olduğunu bilirsən. Hər evdar qadının yaşaya biləcəyi bir hal ola bildiyi üçün Qadın.netlilər üçün 5 qızıl qaydanı təqdim edir.

1–ci qayda olaraq evinizdən artıq əşyaları çıxardın. Bu ya köhnə maqnitafon, lazımsız suvenir, qab, artıq yer tutan şkaf və s. bu kimi əşyalar ola bilər. Lakin bu əşyaları keçmişin xatirəsidir deyib atmaq istəmirsinizsə, onları səliqəli bir şəkildə qutuya yığıb kənarda saxlaya bilərsiniz. Bu işlədilməyən əşyalar yalnız toz yığnacağıdır. Bu kimi lazımsız əşyaların tozunu silmək vaxtımızı alır.

2. Hamımıza məlumdur ki, təmizlənən yer deyil, dağıdılmayan yer həmişə təmiz qalır. Ona görə də çalışmalıyıq ki, götürdüyümüz hər bir əşyanı qaytarıb yerinə qoyaq. Bu vərdiş sizi “bayaq elə bil hardasa görmüşdüm” fikrindən uzaq tutacaqdır. Uşaqlarınıza kiçik yaşlarından paltar rəfinin səliqəli saxlanmasının nə dərəcədə vacib olduğunu öyrədin.

3. Yemək bişirərkən az qabdan istifadə edin! Misal üçün boşqaba soğan doğrayıb, qazana bişməsi üçün əlavə etdinizsə, ondan sonra əlavə ediləcək ya pomidor, ya katofu əlinizdəki qabı tez yuyub, onun içinə doğraya bilərsiniz. Hər bir ərzaq üçün ayrı – ayrı qab istifadə etsəniz yemək hazır olduğundan sonra nə qədər qab yumalı olacağınızı görüb qorxacaqsınız.

4. Görəcəyiniz hər bir iş üçün vaxt ayırın. İşlərinizi ard – arda, planlı şəkildə görün. Nəyi nə zaman, nə qədər müddətə edəcəyinizi planlaşdırsanız hər biri işi vaxtı – vaxtında görüb, bütün işlərinizi çatdıracaqsınız.

5. Və ən əsası odur ki, görməli olduğunuz işinizi sevin. Ev işlərinizi yaxşı əhval – ruhiyyə ilə yerinə yetirin. Təmiz olsun deyə yox, öz rahatlığım və sağlamlığım üçün təmiz edirəm deyə düşünün. Həvəssiz və pis əhval ilə görülən işi sonra mütləq yenidən görməli olacağınızı unutmayın!

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2024
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv