Məlumdur ki, kişilər ailə qurmaq məsələsində qadınlardan daha ehtiyatlıdırlar. Bəzən sevgiliniz sizi dünyalar qədər sevsə belə, evlilik haqqında düşünmür və ya düşünmək istəmir. Qızların isə həyatda ən böyük arzusu ağ libasda, sevdiyi insanla qol-qola vağzalı sədaları altında ata evini tərk etməkdir.
"Aysel" jurnalına istinadla ərə getməyin 7 üsulunu açıqlayır. Bu məsələdə ən vacibi diqqətli olmaq və özünü düzgün aparmaqdır.
Ananın gül balası
Əgər sevgiliniz ananın gül balasıdırsa, müvəffəqiyyət qazanmaq üçün sizə yalnız onun valideynlərilə tanış olmaq lazımdır, xüsusən də anasının ürəyini fəth etməyə çalışın. Tanışlığa ciddi hazırlıq görmək məsləhətdir. Əvvəlcədən onun necə xasiyyətdə olduğunu və nələr sevdiyini öyrənmək vacibdir. Əgər o, evdar qadındırsa, demək oğluna özü kimi bacarıqlı qız axtarır: dadlı yeməklər bişirən, ev işlərindən başı çıxan. Siz ona tərbiyəli və mədəni ailədən olduğunuzu göstərməlisiniz, uşaqları çox sevdiyinizi və yoldaşınızın nazını çəkməyə hazır olduğunuzu bildirməlisiniz. Əgər xoşuna gəlsəniz, o sizə oğlunun uşaqlığı haqqında danışmağa başlayacaq, sizə isə hər şeylə razılaşmaq və şirin gülümsəmək qalır. Nəticə: iki-üç gündən sonra anasının təəssüratları barədə soruşun. Əgər sevgiliniz anasının sizi bəyəndiyini desə, demək qalib gəldiniz. Qalan işləri ana özü həll edəcək, sizə isə gəlinlik seçmək və "hə" demək qalacaq.
Əlçatmaz olun