Qadınların sevdikləri içkilərə görə xarakteristikası

Müəllif: Antikvar
Şərhlər: 15
Baxılıb: 5 524
Səs ver:
(səs: 2)

Qadını dərindən tanımaq arzusu hər bir kişinin qəlbində var. Bu məsələ ciddi alimləri də maraqlandırıb. Bu səbəbdən də qadını tanımaq üçün üsulları araşdırıblar.

 

Bir qrup psixoloq qadınların sevdikləri içkilərə görə onların xarakterlərini araşdırmağa çalışıblar. Elmi işçilər təcrübələr keçiriblər. Təcrübələrə bir neçə yüz könüllü qadın cəlb olunub və nəticələr ziddiyyətli alınıb.


Əgər xanım bir qədər şampan şərabı sifariş verdisə, o deməkdir ki, həmin xanım dəyişikliklərə meyllidir və dəyişiklik asan başa gəlir.

Araq sifariş edənlərin isə iradələri güclü, xarakterləri sərtdir. Bu qadınlar xarakteri zəif olan kişilər üçün əsl baş ağrısına çevrilə bilərlər. Belə qadınlarla diqqətli olmaq lazımdır, əks halda tez bir zamanda onların təsirləri altına düşmək olar.

Konyak sifariş edən xanım nəvazişi, qayğını sevir, səmimi mühitdə olmağı arzulayır. Əgər xanım viski istəyirsə, ondan aralı qalmaq gərəkdir. Bu qadın özünə çox güvənir. Elə hərəkətlər edə bilər ki, səhəri gün ona peşman olar.

Əhvalları tez-tez dəyişən xanımlar tekila sevirlər. Onlar sərxoş vəziyyətdə qeyri-adekvat olurlar.

Temperamentli xanımlar qırmızı şəraba üstünlük verirlər. Ağ şərab isə onu göstərir ki, xanım bütün işlərdə çox dəqiqdir.

Boş vaxtını ailə və uşaqlarla keçirməyi sevən xanımlar isə likör sifariş edirlər.

Oğlanla pivə içməyi seçən qızlar isə sevgilidən çox yaxşı dost olurlar.
(səs: 2)
Şərhlər: 15
Baxılıb: 5 524
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri