Qoruyucu mələklərin göndərdiyi siqnallar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 811
Səs ver:
(səs: 1)
alt

Qoruyucu mələklər baş verəcək anlaşılmazlıqları, təhlükələr haqqında əslində bizə xəbərdarlıq edirlər. Amma biz onların siqnallarını vaxtında tuta bilirikmi?

Küçədə qarşınıza qozbel adam, qoca və ya qadın çıxır

Qoruyucu mələklər xəbərdarlıq edir ki, siz bu gün qonaqlıqda, şənliklərdə olacaqsınızsa, yubanmayın. Hava qaralandan sonra evdən bayıra çıxmayın. Çünki bu gün siz, xuliqan, dələduz, ağıldankəm adamların qurbanı ola bilərsiniz.

Başınızın üstündən çoxlu qara quş, qarğa dəstəsi uçur

Qoruyucu mələyiniz xəbərdarlıq edir ki, əgər siz hər hansı səyahət təşkil eymisinizsə, onları təxirə salın. Çünki yolda kifayət qədər uğursuzluqla qarşılaşa bilərsiniz, hətta sağlamlığınıza zərər gələ bilər.

Diyircəkli qələmin mürəkkəbi axıb, qolunuza tökülür

Nəbadə müdiriyyətdən maaşınızın qaldırılması və ya yüksək vəzifəyə keçirilməyinizi istəyəsiniz. Onsuzda bu, uğurlu alınmayacaq.

Getdiyiniz marşurt yolun ortasında xarab olur və siz yolda qalırsız

Bu gün siz qətiyyən böyük alış-verişə çıxmayın, krediy götürməyin, banka pul qoymayın, işə dait mühüm qərarlar qəbul etməyin. Bu işlərin heç biri sizə uğur gətirməyəcək və əksinə, sizə başağrısı olacaq.

Evdə elektrik-məişət əşyaları tez-tez sıradan çıxır, birdən dayanıb, sonra yenə işləyir

Ev adamlarından, yaxın qohumlarınızdan mmuğayat olun. Ola bilsin ki, onların sizin məsləhətinizə ehtiyacı var, sadəcə deməkdən çəkinirlər. Tezliklə bu işi yola qoyun, gec ola bilər. Yəni, zəng edib, hal-əhval tutun.

Bu gün gözünüzə dəyən maşınların çoxunun nömrələri üç eyni rəqəmlə başlayır

Qoruyucu mələklər xəbərdarlıq edir ki, gələcəklə bağlı işlər planlaşdırmızsınızsa, onları təxirə salın, Yəni, evlilik, yeni işə düzəlmə, mənzil almaq və s.

Hər şey əlinizdən sürüşüb düşür

Onda əmlakınızdan, çantanızdan, pul kisənizdən ehtiyatlı olun. Evdə qapını tanımadığınız adam lar açmayın. təhlükəli yerlərdən uzaq olun.

Əgər vacib görüşə gedərkən, avtobus gecikirsə, gələrsə basabas olarsa, tərslikdən taksilərdə yoxa çıxıbsa, geydiyiniz paltar bulanır və ya harasa ilişərsə

Deməli, mələyiniz sizi bu gedişdən qoruyur. Hətta bu gələcək planlarınızla bağlı olsa belə. Siz bu görüşdən vaz keçib, geri qayıtmalısız.

Əgər diqqətlə fikirləşsəniz, əslində, bu əlamətlər həqiqətəndə nəyinsə xəbərdarlığıdır. Və çox vaxtda başımıza gələn hadisələrdən sonra siz ayılırsız. Axı səhər belə olmuşdu? Təəsüflənməyin, çünki mələyiniz sizi vaxtında xəbərdarlıq etmişdi.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 811
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri