Qız nə demək istəmişdi ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 381
Səs ver:
(səs: 1)
alt

Günlərin bir günü yaraşıqlı bir oğlanın taksisinə şəhərimizdə bir günlük qonaq olan gözəl göyçək bir rus xanım əyləşərək, ondan şəhərimizin gəzməli görməli yerlərini gəzdirməsini xahiş edir. Onlar razılığa gəldikdən sonra başlayırlar şəhərimizi gəzintiyə.

İki gəncin başı gəzintiyə, mehriban söhbətə qarışdığı üçün vaxtın necə gəlib getdiyinin fərqinə varmırlar. Artıq hava qaralır, vaxt azalırdı. Təyyarəyə yetişmək üçün gözəl xanım elə həmən taksi ilə də hava limanına yollanır.

Bir neçə saat bir yerdə olmalarına baxmayaraq oğlanın bu xanımdan çooox xoşu gəlir, bir könüldən min könülə aşiq olur, lakin hisslərini dilə gətirə bilmir. İçində alovlanan yeni sevgi qığılcımlarını elə içindəcə dəfn etmək qərarına gəlir, hisslərindən söz açmır.

Xudafizləşərkən oğlan xanımdan şəhərimizdə, gəzdikləri, gördükləri yerlərdən ən çox nədən, haradan xoşu gəldiyini soruşur. Qızın cavabı isə çox qəribə olur... Cavab vermək üçün oğlandan bir vərəq və qələm rica edərək 1361 yazır.

Şəhərimizdə qonaq olan rus gözəlini yola saldıqdan sonra oğlan 1361 in nə demək olduğunu düşünə düşünə yola düşür... Fikirli olduğu üçün də avtomobil qəzası törədərək, maşınla adam vurur, həbsxanaya düşür.

Həbsxanada başına gələnləri dustaq yoldaşlarına danışır, vərəqdə yazılan 1361 i göstərir. Yalnız bir nəfərdən başqa heç kəs bu 1361 in nə məna daşıdığını anlaya bilmir. Və həmən adam oğlana 1361 in nə demək olduğunu başa salsa da artıq hər şey üçün çox gec idi...


Qız vərəqdə 1361 yazmaqla oğlana nə demək istəmişdi?
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 381
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri