Gülümsəyən qız

Müəllif: Wiyinka
Şərhlər: 16
Baxılıb: 1137
Paylaş:
Səs ver:
(səs: 4)
Hər gün ən azı bir rəsmini paylaşmağa çalışır bu gülümsəyən qız. Hər rəsmində gülümsəyir. Lakin özündən başqa onun gülümsəməsinin səbəbini bilən yoxdur. Hamı onu şən, zarafatcıl, istiqanlı, arabir küsəyən olduğunu yaxşı bilir. O, hər adamla ünsiyyət qurmur. Hər adamla oturub-durmur. Onun öz dünyası və öz dünyasında yer alacaq yaxınları var.

O, hələ də gülümsəyir. Atasının təqaüdə çıxdığını, anasının məktəbdə müəllimə işlədiyini (onun anasına "pulgir Məsmə" də deyirlər), qardaşının institutdan qovulduğunu, digər qardaşının fərarilik üstündə həbsxanada olduğunu gizlədir bu təbəssüm.
Onun gülüşündə diş məcunlarında reklam olunan rəsm xronologiyası durur. Onun gülüşündə nə gizlənmir ki? Amma yenə də gülümsəyir. Onun bir qəmgin portretini görən yalnız evdəki Məstandır. Mətbəxə yemək qalıqlarını oğurlamağa gələn bu pişik tez-tez bu qızın gizlincə oturub ağladığının şahidi olub. Onun ağlamasının şahidi olmuş bu pişik buna əhəmiyyət verməyib, öz işində olurdu...
Gülümsəyən qız... O, çox özünə vurğundur. Özünü Afrodita hiss edir. Artıq bunu beyninə təlqin edib ki, yer üzünə nazil olmuş yeganə huridir. Səhər-axşam saatlarla güzgü qarşısında o yana bu yana gedib gələn və maraqla özünə tamaşa edən o gülümsəyən qız... Öz bədəninin saatlarca qayğısına qalır, anasından aldığı pullara bahalı-bahalı kremlər, balzamlar alaraq özünü daim xoş rayihələrdə saxlamağa çalışır. O, hətta Kleopatra da olmaq istəyirdi..


Gülümsəyən qız... O daim bu dünyada ona layiq olacaq bir oğlanın olmayacağını düşünür. Tez-tez rəfiqələrinə bu haqda söz açır. Özünün Tanrı tərəfindən lənətləndiyi gümanındadır. Bu dünyada çox gözəl və ən ideal insan olduğu üçün ona tay tapıla bilməyəcəyini düşünür və bunu üzündə ifadə edir... Gülümsəyir...

Gülümsəyən qız... O tənqidi əsla qəbul etmir. Tərifi çox sevir. Onu daha çox tərif edən şəxsə daha çox təbəssüm edərək "Çox sağ olun, minnətdaram!" - deməyi sevir. Lakin o daha artığını istəyir... İstəyir ki, ağıla -gümana gəlməyəcək təriflər deyilsin ona. O istəmir ki, hər kəsə deyilən gözəllik tərifləri ona da deyilsin. Xeyr, istəmir...
O ərə itaət, dünyaya övlad gətirmək, övladları məktəbə aparıb qayğılarını çəkmək kimi fikirləri absurd hesab edirdi. İyirmi iki yaşına çatmasına baxmayaraq hələ də o, evdə valideynlərinə çay belə süzməmişdi. Amma hələ də onlardan şikayətçi idi və özünə qarşı az qayğı göstərildiyini iddia edib - ailəsini gülümsəyərək lənətləyirdi.
Gülümsəyən qız... Gülümsəyir, gülümsəyir... Gülümsədikcə həyatın ona nələr hazırladığından xəbərsiz halda gülümsəyir. Şəkillər çəkdirir, özünü əla-həzrət şahzadə kimi hiss etməyi çox sevir və yenə də gülümsəyir. Anlamır ki, həyat bir zaman ona qəhqəhə ilə cavab verəcək...
Müəllif: Təhmasib M

loading...
(səs: 4)
Şərhlər: 16
Baxılıb: 1137
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Antikvar
Heqiqeten gozel ve bir o qederde menaliydi.Vaxtiyken gulumseyen qizlardan hecne anlamadan bir usaq aleminde yasayan ,etrafi ozu kimi hesab eden ,her dogru sozu zarafatlla evez edib gulumseyen qiz indi tamamile deyisildi....Heyatmi,muhitmi,etrafdakilarmi,insanlara baxdiqca,boyudu.Boyumeye mecbur oldu.Dolgunlasdi,yasadiqca oyrendi cetinde olsa oyrendi.Indi gulusden cox qeddarliq,kobudluq,hirsli,dahada guclu xaraktere mensub,cox insanllardan calisdiqca uzaq qalan biri ile evez olundu.Demek kimisi bu heyatla mubarize apararken guluwunu itirmir ,kimisi ise eksi...
15 mart 2015 22:48
16
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
lelos
teki haminin uzunde tebessum ve gulus olsun ama tebii guluşler
12 mart 2015 08:23
15
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
leyla_258
teki hamimizin uzunden gulumsemek eskik olmasin...
10 mart 2015 15:24
14
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Tomris Müslümova
Sitat: lili)
kefim olmaynada hec vaxt gulmeyi bacarmiram

mende vallah..
9 mart 2015 19:17
13

Sən sadəcə mənimsən...!
Offline
lili)
kefim olmaynada hec vaxt gulmeyi bacarmiram
9 mart 2015 07:56
12
Offline
xeyalperest
Paho bir adam cixmadiki bu qiza desinki sirtigsan? .tewekkur
9 mart 2015 06:39
11
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
vipbetul
artiq heyat ona cavabini verib gulumseterk yalanci gulusle
9 mart 2015 00:44
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
SENI SENSIZ SEVDIM
honkur-honkur aqlamaq istediyim an gunulmsemek mecburiyyetinde olduqum zamanlardan nifret edirem
8 mart 2015 23:56
9
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
Offline
naxçıvan balası
Her gülümseyen qızz xoşbext deyildir, sadece gülümsemeyi tek çare bilir özüneuhu
8 mart 2015 23:50
8
Offline
Qlamurr
Birinci abzası bir az məni xarakterizə edir.
Maraqlı essedi,qız gülümsəyir ancaq mənasız yerə,mükəmməllik axtaran insanlar heç vaxt istədiklərini tapmırlar və sonda tək qalanda həyat ona qəhqəhə çəkir..bu xarakterli, düşüncəli insanlar yetərincədi...
8 mart 2015 23:50
7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Sevgi Meleyi
Gülümsəyən qız... O daim bu dünyada ona layiq olacaq bir oğlanın olmayacağını düşünür. Tez-tez rəfiqələrinə bu haqda söz açır. Özünün Tanrı tərəfindən lənətləndiyi gümanındadır. Bu dünyada çox gözəl və ən ideal insan olduğu üçün ona tay tapıla bilməyəcəyini düşünür və bunu üzündə ifadə edir... Gülümsəyir... 128
8 mart 2015 23:30
6
love love love
Offline
Luna-90
Maraqli gelmedi
8 mart 2015 23:27
5
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Nergizz
insanin xasiyeti necedirse elede olur,gulumseyen insanin derdi cox olsada gulumseyir,ama derdi olmayan insanda varki gulmeyi bacarmir,
8 mart 2015 23:25
4
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
BARBI
Bezen gulumseyirik icimiz qan aglayanda .Her zaman gulen insan olmusam
8 mart 2015 23:24
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
aziz a
Ona gorede, her gulumseyen insanin icinde neler kecir, bilmek olmaz, bezen icindekileri gizletmek ucun uzune tebessum cekirse,bu ikiuzluluk kimi basa dusulmesin, sadece bunu mecburiyyetden etmeli olursan.
8 mart 2015 23:22
2
Rebbim kömek olsun cümlemize Amin
Offline
Fialka
Maraqlı düşüncə tərzi varmış gülümsəyən qızın ...bəzən gülümsəyir insan ancaq nədən və niyə sadəcə səbəbsiz...
8 mart 2015 23:03
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv