Kişiləri əldə saxlamağı bacaran qadınlar

Müəllif: sevda..
Şərhlər: 22
Baxılıb: 1813
Paylaş:
Səs ver:
(səs: 3)
Belə bir məşhur deyim var: "Çirkin qadın yoxdur, baxımsız qadın var”. Deməli hər bir qadın gözəlliyi ilə kişini cəlb edə bilər. Ancaq xəyanətə uğramaq istəməyən və sevdiyi kişinin onu tərk etməsini xəyalında belə canlandırmaq istəməyn qadınlar təkcə gözəlliyin kifayət etmədiyini yaxşı bilirlər. Bəs sevdiyiniz kişinin ömür boyu sizə sadiq qalmasının və sizi daim sevməsinin bir yolu varmı?
Tarixə nəzər salaraq bunun mümkün olduğunu deyə bilərik. Çünki Merlin Monro, Kleopatra kimi qadınlar kişilərin zəif nöqtələrindən istifadə edətək buna nail olublar. Bəs bu xanımların sirri nədə idi?
Merlin Monrodan məsləhətlər:

Səs tonu ilə sehrləyin!
Ölümündən yarım əsr keçməsinə baxmayaraq, hələ də gözəlliyi və cazibədarlığı ilə yaddaşlarımızdan silinməyən aktrisa hələ gənclik illərində kişilərə təsir etmək qabiliyyətinin olduğunu hiss etdiyini deyib. Aktrisa əsas gücünün gözəllik deyil, səs olduğunu düşünürdü.
"Onların məni öpmək, məni qucaqlamaq istəməsində günahkaram kimi davranmaları xoşuma gəlmirdi. Amma bəziləri ehtiraslı baxışlarımla onları yoldan çıxardığımı deyirdilər.
Bəzən də sadəcə səsimlə onları dəli etdiyimi iddia edirdirlər. Hətta onları yerə yatmağa sövq edən enerji göndərdiyimi iddia edənlər də olub”, deyə aktrisa gündəliyində qeyd edib
Merlin Monro ehtiraslı və seksual idi. Amma eyni zamanda, bir qız uşağı kimi məsum və utancaq olduğunu nümayiş etdirirdi. Bu ziddiyyət kişilərin ən böyük fantaziyalarından biridir. Gözəl və seksual qadının bundan xəbəri yoxmuş kimi davranması kişiləri dəli edir.
Kişilər həmişə qorunmağa möhtac, eyni zamanda da seks baxımından həyəcanladırıcı qadın arzusundadırlar.
Merlin Monro səs tonunun kiçik bir qız uşağı ilə seksual bir qadının səsi arasında olmasına diqqət etdiyini və bu yolla bütün kişilərin ürəyinə yol tapdığını etiraf edib.

Kleopatradan məsləhətlər:
Romalı yazar Dio Kassius Kleopatra haqqında belə deyib:
"O, şəxsiyyəti və danışığı ilə ən qəddar düşmənini belə başdan çıxarmağa qadirdir. Sezar onu ilk dəfə görüb, səsini eşidəndə sehrlənmişdi”.
Bəs Kleopatra Sezarı belə diz çökdürməyə qadir olan gücünü nəyə borclu idi?

Ondan üstün olduğunuzu düşündürün!
Kleopatra Sezarla söhbət edərkən Böyük İskəndərin soyundan gəldiyini hər fürsətdə vurğulayırmış. Bu da Sezarın özünü səviyyə baxımından aşağıda hiss etməsinə və Kleopatraya heyran olmasına səbəb olurmuş. Bunu bütün kişilərin üzərində sınamaq olar, hamısı eyni reaksiyanı verəcək. Deyəsən, kişilər bir az mazoxist ruha sahibdirlər, əzab çəkməyi xoşlayırlar. Kleopatra kişilərin bu zəif nöqtəsini kəşf etmiş və bundan faydalanmışdır.

Həyatının sıxıcı olduğunu göstərin!

Kleopatra sadəcə Sezarı deyil, arzu etdiyi hər kişini yoldan çıxara bilib. Onlardan biri də Mark Antonidir. Misirdə Antoniyə ziyafətlər təşkil edən Kleopatra ona Romadan daha əyləcəli həyat vəd etdi. Beləliklə, Antoni Misirin heç olmasa əyləncə baxımından Romadan daha üstün olduğunu qəbul etməli oldu. Məncə bütün bunlardan sonra Antoninin Kleopatraya aşiq olduğunu qeyd etməyə ehtiyac yoxdur.

Fiziki üstünlüklərinizi nümayiş etdirin!

Burada söhbət həddindən artıq açıq-saçıqlıqdan getmir. Sadəcə olaraq elə paltarlar seçin ki, bədəninizdəki ən gözəl yerlərə diqqət çəksin. Kleopatra ən çox sinə və kürək dekoltəsini sevirdi.

Gözlərinizlə danışın!

Baxışlarınız nüfuzedici olmalıdır. Ancaq uzun-uzun baxmaq olmaz. Sadəcə 2-3 saniyə baxıb gözlərinizi çəkməlisiniz. Göz makiyajı ilə hələ də qadınlara ilham verən Kleopatra bu baxış üsulundan istifadə edirdi.

Təhlükəli olun!

Kişilər özlərini təhlükədə hiss etməyi xoşlayırlar. Ona görə də daim təhlükəli olduğunuzu göstərin. Heç vaxt növbəti addımınızın nə olacağını bilmələrinə icazə verməyin. Hər an tərk edə biləcəyinizi, ondan vaz keçə biləcəyinizi göstərin. Kleopatra yanında daim ilan gəzdirərək, əsəbiləşdiyi adamları timsahlara yedirərək istədiyi vaxt qəddar ola biləcəyini nümayiş etdirməkdən çəkinməyib. Təbii ki, sizin onun qədər qəddar olmağınıza ehtiyac yoxdur.

Napoleonun həyat yoldaşı Jozefinadan məsləhətlər:

Napoleon həyat yoldaşını o qədər çox sevirdi ki, İtaliyada müharibədə olarkən tez-tez Jozefinaya məktub yazırmış. Ancaq Jozefina onun hər məktubuna cavab vermirmiş. Arvadını görmək üçün müharibəni tez bitirməyə çalışan Napoleonun gözü Jozefinadan başqa heç kimi görmürdü.

Jozefina buna necə nail olmuşdu?

Əvvəlcə baxışları və davranışları ilə Napoleonu özünə cəlb edən Jozefina eşqinə qarşılıq tapdıqdan sonra sevgilisi ilə soyuq rəftar etməyə başlayır. Deməli idarəni kişinin əlinə vermək olmaz. Onu itirəcəyinizdən qorxaraq hər dediyinə əməl etməyin. Çalışın ki, o, sizi itirməkdən qorxsun.

Qısqandırın!

Jozefinanın başqa biri ilə görüşdüyündən şübhələnən Napoleon onunla daha çox vaxt keçirməyə çalışır. Qadını özünə bağlamaq üçün əlindən gələn hər şeyi edir. Deməli arada bir kişini qısqandırmaq lazımdır.

loading...
(səs: 3)
Şərhlər: 22
Baxılıb: 1813
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Gultekin.A
ehh bow weylerdi.kisi kisi olmalidi
14 aprel 2015 01:27
22
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Offline
Tomris Müslümova
duzdu biraz soyuq olmaq lazimdi....mende soyuq davraniram meni itirmekden it kimi qorxur eslinde mende qorxuram ama bunu hiss eletdirmirem qetiyyen!!! qisqandirmaq ise menim qanim var 09
13 aprel 2015 14:20
21

Sən sadəcə mənimsən...!
Offline
Qlamurr
Düzü hər bir kişi evlənəndə bəyəndiyi,xoşuna gələn qadınla evlənir,ancaq tək bunlar kifayət etmir,qadın dediyin,hərəkətlərində də cazibəli olmalıdır,yoldaşını özünə bağlamalıdır,ancaq bu içdən gələn bir şey olmalıdır,yoxsa oxuyub öyrənməklə müvəqqəti bir şeydi.
13 aprel 2015 12:57
20
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
gulka azeri
butun hamisini etmiwem ama xeyri olmayib olsada qisa muddetli ifsyo
13 aprel 2015 02:48
19
Offline
Nergız33
Kişinnin canında qanımda varsa dünyanın en gözel qızıda olsan aldadacaq.
13 aprel 2015 02:21
18
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
emis
fikrimce axirinci qisqandirmaq meslesi aglabatan deyil onda kisiler daha cox dav axtarir dalasmaq isteyer qadinlar cox pis olar ama o biri tovsuyelere qosuluram..men hecvaxt ksinin qabaginda ozumu eksiltemerem ozumu ustun tuturam hemise haimdan yeri gelende sozumu deyirem tesekkurler
13 aprel 2015 01:33
17
Offline
vipbetul
kisilerden daha usdun olduqunu gorsetmek daha nesilli-koklu biri olduqunu vurqulamaq,qeddar olmaq,ondan her an vaz gece bilmek kimi qorxularla yasatmaq yaxsidi,hele timsahlara atibda yem etmek bu dahada yaxsidi
13 aprel 2015 01:01
16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
WiRiN BaLaM
menim yoldasimda bir aralar uçurdu az qalsin 122 ayaağina ip bağladim var gucumle çekdim indi qanadlari yoxdu daha uçmağa 23
13 aprel 2015 00:59
15
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
Meleknur
bunlari ede bilirem edirem de yeri gelende kiwi qadina cox baglananda da fesadlar torenir qisqanclig zakonlar falan
13 aprel 2015 00:37
14
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
Fialka
Xəbərin başlığı yəni kişiləri əldə saxlamaq ifadəsi gülüncdü biraz, qadında gərək özgüvən olsun ən başlıcası budur yoxsa yersiz suallar , cavablar söyləndikdə və yaxud da bir çox şeylər, əlbətdə o həyat sıxıcı , bezdirici olar...
13 aprel 2015 00:33
13
Offline
Melisa
Maraqlidir.
13 aprel 2015 00:28
12
Offline
Nur k-off
Yaxwi xeber idi lakin indiki kişilere bunlar iwlemez bu kohne kişiler ucun olub
13 aprel 2015 00:23
11
SVETA
Offline
Gunka13
Qadindan cox sey asillidi kiwini elde saxlamakcun.menim yoldawim wukr Allaha ele biri deyil ailesine bagli balasina bagli biridi o seraitide men ozum yaratmiwam.digget gostermiwem hemwe yoldawima.onu cox sevirem
12 aprel 2015 23:53
10
Aileli.
Offline
Miss_Oxatan
butun bu hiyleleri qadinlar hamisi bilmelidir.hem de bir wey var burda yazilanlari oxuyana kimi eger bir qadinda bu xususiyyetler 10 faizde yoxdursa oxumaqla ele olmayacaq,ele weyler var ki,o anadan gelmedir kimise kopi etmekle alinmaz.eger o kiwi artiq senindirse qadin caliwmalidir ki,iplerin hamisini kiwi almasin eline,beli,bir cox meqamlarda ozunden razi olmaq lazimdir.elcatmazligi balansli wekilde qorumaq vacibdir.
12 aprel 2015 23:40
9
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
aziz a
Gedeni saxlamazlar ....gedirse getsin, esas onun istememesidi mecburi hecne olmaz.
12 aprel 2015 23:29
8
Rebbim kömek olsun cümlemize Amin
Offline
qanadli melek
Gedeceyi varsa ne edirsen et o bunu anlamayacaq ve gedecek
12 aprel 2015 23:26
7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
aliceWOnDer
Qaş duzəldəndə goc cıxarararam mənlik deyil23
12 aprel 2015 23:25
6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Glamurka Nemiska
Indiki dovrde kiwileri ozune baglamag biraz cetin meseledi amma yene de yoldawina sadiq qalan kiwiler coxdu
12 aprel 2015 23:18
5
#Narminintheskywithdiamonds
Offline
BARBI
Vallah ele qabiliyetlerim de hevesim yoxdu kisini ozume baglayib ne edecem sadece ayaq bagi olacaq 122
12 aprel 2015 23:14
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Menim balam
Men en çox gözümnen danişiram . Qaşimi gözümü oynadan da bilir ki, ne deyirem ve ne demek istiyirem. Çox Hökümlü insanam

Yoldaşim meni görende tir tir esmelidir 122 esirde

Men ona hardasan sözünü demirem o özü soruşmadan deyir çünkü hökümüm var

Qorxusu var . Bir az kişi arvadnan qorxsa, çekinse yaxşidir

122 122 122 (((zarafat))))

Elemirem
12 aprel 2015 23:10
3

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv