Xanımlar üçün lazımlı məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 823
Səs ver:
(səs: 5)
Gözəl görünmək üçün bahalı salonlara getmək, çoxlu pul xərcləmək əsas deyil. Təmizlik, səliqəli olmaq da baxımlılığın bir vasitəsidir. Bunları evdə də etmək mümkündür.
Xanımlara gözəlliyə mane olan bəzi problemləri aradan qaldıracaq məsləhətlər təqdim edir:

•Unutmayın: haçalanan saç ucları müalicə olunmur. Onları sadəcə, kəsdirməklə aradan götürmək olar.

•Havalı saç forması arıq və uzunsov üz quruluşu olan xanımlara yaraşır. Bu cür düzüm yumrusifət xanımları daha da kök göstərəcək.

•Dırnaq saxlamağı sevmirsinizsə, onda tünd rəngdə dırnaq boyası çəkməkdən çəkinin. Bu cür rənglər dırnaqları səliqəsiz göstərir. Qısa dırnaqlara adətən, açıq rəngli boyalar çəkirlər.

•Dırnaqlarınız soyulursa, bu, kalsium çatışmazlığının əlamətləridir. Ona görə də dırnaqları müalicə etmək və bərkitmək üçün onları dəniz suyunda, rəngsiz xınada, limon suyunda saxlamaq və ya yod çəkmək lazımdır.

•Əllərə əridilmiş parafini çəkib, sellofan müşənbə geyinib, 15 dəqiqə saxlamaqla, qurumuş və qırışmış dəridən qurtulmaq olar. Amma parafindən əvvəl əlləri yağlı kremlə nəmləndirməyi unutmayın.
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 5 823
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri