Qadınlar daha çox qışda qocalır

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 892
Paylaş:
Səs ver:
(səs: 0)
alt

Soyuqların düşməsi ilə insanlarda yorğunluq hissi yaranır, əhval-ruhiyyə korlanır və adətən bir çox heyvanlar kimi yuxuya getmək istəyirik. Qış xüsusilə qadınlara çox problem gətirir, bu mövsum qadınların düz 5 il qocalmasına səbəb olur.

Amerikanın Adonia Organics kosmetoloq şirkətinin tədqiqatçıları bunun səbəbini açıqlayıb. Belə ki, burada əsas rolu işığın çatışmazlığı oynayır. Bununla bağlı nəinki orqanizmdə proseslər dəyişir, hətta insan zahirən də pis görünür.

İlk növbədə insanın dərisi yay mövsümü ilə müqayisədə daha açıq rəngdə olur, ona görə gözaltındakı kölgələr daha qabarıq görünür. Daha sonra D vitamini çatışmazlığı yaranır, bu da məlum olduğu kimi əsasən gün işığı sayəsində insan orqanizmində toplanır. Buna görə də biz öhdəsindən gələ biməyəcəyimiz güclü və ağır yorğunluq hiss edirik. Kifayət qədər serotonin hormonu insan orqanizminə yaxşı təsir göstərir, amma qış vaxtı bu maddənin orqanizmdə yaranması çox az müşahidə olunur. Qış vaxtı orqanizmdə D və K vitaminlərinin çatışmazlığı qadınların 4 il 8 ay geri düşməsinə gətirib çıxarır.

Amerika şirkəti iddialarını sübuta yetirmək üçün 500 qadın arasında tədqiqat aparıb. 27 yaşdan 60 yaşadək olan qadınların 82%-nin gözaltı torbalardan əziyyət çəkdiyi məlum olub. Bu göstərici yay vaxtı 38 faiz təşkil edib. Alim hesab edir ki, havalar istiləşdikcə vəziyyət yaxşılığa doğru getməlidir. İlk növdəbə gündə qaralma gözaltı yorğunluğun gizlədilməsinə yardım edir. Ən nəhayəti isə əhval-ruhiyyənin yüksək olması və kifayət qədər vitamin orqanizmə lazım olan serotonin maddəsinin artmasına gətirib çıxarır.

Gözaltı torbaları təəssüf ki, müalicə etmək mümkün deyil, amma vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra üsullar mövcuddur. Alimlər məsləhət görür ki, qış vaxtı sərinləşdirici kompresslər etmək gözaltı torbalara faydalı olar. Belə kompresslər damarların daralmasına səbəb olur, eləcə də vitamin K və retinol tərkibli kremlərdən istifadə etmək də məsləhət görülür. Belə ki, gündüzlər təxminən 15 dəqiqə mürgüləmək çox yaxşı olar, bu şəkildə siz orqanizmi guya bir çox yatmısınız deyə aldada bilərsiniz. Bundan başqa, az duzlu yemək də gözləriniz altındakı şişlərin azalmasına yardım edən digər amildir. 

 


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 892
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv