Ideal qız necə olmalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 10 372
Səs ver:
(səs: 2)
alt

Hər kəsin bir idealı olduğu kimi oğlanların da özlərində cəmlədikləri ideal qız düşüncəsi vardır. Oğlanların bir sirrini açacam bu gün qızlara və bu nümunələrlə ola bilsin qızlar təəccüblənsin, ola bilsin razılaşsın, ama onu bilin ki bu bir həqiqətdir!!!

İlk öncə oğlanlar evlənmək üçün arzuladığı qız tipi ondan əvvəl heç kimi sevməyən, heç kimlə gəzməyən, heç kimlə əl-ələ tutmayan qızlardır...

Oğlanlar yalan söyləyən qızları heç sevməzlər və sevdiyi qıza qarşı həddindən artıq qısqanc olarlar və bu qısqanclığın səbəbi də qızlara inanmamaqlarıdır, hər bir oğlan bilər ki sevdiyi qızın ondan əvvəl sevdiyi olub, hər bir oğlan bunu hiss edər, nə qədər qız bunu inkar etsə də oğlan bunu hiss edər, ama qız ona ilk sevdiyim sənsən dediyi zaman oğlan çarəsiz qalar, tək çarəsi qızı sevdiyi üçün ona inanmaq, güvənmək olar, ona görə də bu yalanı öz beynində doğru kimi qəbul etməyə özünü məcbur edər, çünki sevir. Qızı öz beynində onu ilk sevən kimi qəbul edər, elə xəyal edər... Əlbəttəki bu barədə istisnalar vardır, əlbəttəki ola bilər qızın ilk onu sevdiyi, ama bu ehtimal çox azdır...

Sevdiyi olmayan oğlanlar evlənmək üçün qız axtardığında çox çətinlik çəkir indiki zəmanədə, bu qızların oğlanlara verdiyi inamsızlıqdanmı irəli gəlir, yoxsa ətrafda olan söz-söhbətdənmi onu deyə bilmərəm, ama oğlanlar arasında son vaxtlar gedən söhbət budur: Evlənməyə qızı hardan tapacıyıq? Necə tapacıyıq???

Oğlanların beynində formalaşan ideal qız tipi budur: Evdən kişidən icazəsiz çıxmayan, özbaşına bir yerə getməyən, özbaşına hərəkət etməyən, hər etdiyi işdə kişidən icazə alan, əgər bir problemi varsa qızın bunu özü həll etməyən, evdəki kişi xeylaqlarına bildirən, onlara həvalə edən qız tipini ideal qız tipi kimi qəbul edər oğlanlar.

Oğlanlar çox gəzən qızları sevməzlər, rəfiqəsi ilə tez-tez ünsiyyətdə olan qızları da xoşlamazlar, çünki ola bilsin o qıza güvənirlər, ama rəfiqəsinə güvənmirlər.

Bəzi qızlar bəlkə də hazırcavab olduqları üçün özləri ilə fəxr edərlər, ama bilməzlər ki oğlanların hazırcavab qızlardan xoşu gəlmir, hətta belə qızlardan nifrət edən oğlanlar da var, oğlanlar ideal qızı sakit, hər sözə cavab verməyən, ürkək birisi kimi xəyal edərlər. Hazırcavab qızlar oğlanlara çox kobud görsənir.

Çox danışan qızları da sevməz oğlanlar, çox gülən qızdan isə nifrət edərlər. Qızları nə qədər incə bir varlıq kimi qəbul etsə də oğlanlar bir o qədər də ağır xasiyyətli olmasını istərlər. Əslində ağır xasiyyətli dedikdə ilk öncə ağıla gələn oğlanlar olur, ama oğlanlar üçün də qızların ağır xasiyyətlisi idealdır.
Oğlanlar çox gülən deyil, gülümsəyən qızı xoşlayır...

Mənim oğlanların gözündə bir ideal qızın necə olması barədə fikirlərim bu qədərdir..

Oğlanlara sualım:
Bəs sizcə ideal qız necə olmalıdır? Bu nümunələrlə razısınız?
Sizin üçün ideal olan qızda hansı xüsusiyyət olmalıdır?

Qızlara sualım:
Sizcə siz evlənmək üçün oğlanların axtardığı kimi ideal bir qızsınız?
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 10 372
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri