Müxtəlif vaxtlarda ideal qadın

Müəllif: Qlamurr
Şərhlər: 6
Baxılıb: 4 283
Səs ver:
(səs: 2)
Müxtəlif dövrlərdə müxtəlif qadınlar gözəl hesab olunurdu. Qədim daş dövründə böyük qarın, sallanmış döşlər və həmişə hamilə olan qadınlar cazibəli hesab edilirdilər.

Arxeoloji qazıntılar zamanı daş dövründən bu formalı daş heykəllər tapılmışdır.

Qədim misirlilər qadınlarda uzun ayaqlara üstülük verirdilər. İdeal qadın enli çiyinli və biraz əzələli olmalı idi. Misirlilər kosmetikadan olduqca çox istifadə edirdilər. Dodaqlarına diqqəti cəlb edən rəngli boya, gözlərini isə qara rənglə boyayırdılar.

Aədim yunanlarda isə əsas qadın gözəlliyi deyil, fiziki güc idi. Əfsanəyə görə, Herakl uzun zaman döyüşlərdə üzünü gizlədən xanıma aşiq olur. Görünüşdə isə daha çox qadın arxasına fikir verirdilər.

Romada donqarlı burun aristokratlıq əlaməti idi. Orta əsrlərdə boylarının hündür görsənməsi üçün nəcib qadınlar alına qədər saçlarını kəsirdilər. Qədim şəkillərə baxsaq qadınların sinə hissələrinin çox balaca olmasını görürük. Həmin dövrlərdə nəcib qadınlar karsetdən istifadə etdikləri üçün karsetlə sinələrini bacardıqları qədər sıxırdılar.

İntibah dövründə nəinki inkişaf, zövqlər də dəyişdi. İdeal qadın sarışın və kürənlər hesab olundu. Yumru və enli çiyin, uzun boğaz, dolu bədən quruluşlu xanımlar gözəl qadın kimi qiymətləndirilirdilər.

Daha sonra dəbə yüngül erotik Rokoko (XVII əsrdə yaranmış Fransız incəsənətinə aid memarlıq və incəsənət üslubudur) üslubu gəldi. Yumru sifətli, xırda burun və dodaqlı xanımlar gözəllik etolonu hesab edildilər. Qırmızı rəngə boyanmış uşaqsifətli və dolu bədənli qadınlar kişilər üçün cəlbedici sayılırdı.

XIX əsr dolu qadınların dövrüdür. Həmin dövrün imperatorları dolu bədənli, iri sinəli xanımlar seçirdilər.

XX əsrin 20-ci illəri modaya dəyişiklik gətirdi. Artıq dəbə zərif, incə və gödək saçlı xanımlar gəldi. Gözəl xanım dedikdə, göz önündə zərif, arıq, incəbelli xanım canlanırdı. Qara kölgəli makiyaj və qulağa qədər kəsilmiş qısa saçlar dəbdə idi.

İndiki əsrin ideal gözəli 90-60-90 standartına uyğun olandır. XXI əsrdə iri dodaqlar, böyük sinə və uzun ayaqlar cazibəli hesab olunur.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 283
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri