Qadın sevilməlidir!

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1196
Paylaş:
Səs ver:
(səs: 0)

 

alt


Qadın sevilməlidir!Çünki o "SEVGİ"dir...
Qəlbin ehtiyac duyar,onu istər...

Qadın sevilməlidir!Çünki o "GÖZƏL"dir...
Qəlbin olmasada gözün ehtiyac duyar,görmək istər...

Qadın sevilməlidir!Çünki o "QAYĞIKEŞ"dir...
Bədənin ehtiyac duyar onun sığalına,qayğı istər...

Qadın sevilməlidir!Çünki o "VƏFALI"dır...
Sənə sadiq qalar,heç bir zaman səni yalnız yarıyolda buraxmaz...

Qadın sevilməlidir!Çünki o "ZƏRİF"dir...
Səndə olmayan 1 şeydir,baxıb heyran qalarsan...

Qadın sevilməlidir!Çünki o "BAĞIŞLAYAN"dır...
Sən xəyanət edərsən,o bağışlar...bağışlar...bağışlar...Bəzən sevgisinin bəzənsə ailəsini dağıtmamaq xatirinə yenə şans verər...

Qadın sevilməlidir!Çünki o "DÜNƏN"dir...
Nə qədər istəsən vərəqlə keçmişi o hər səhifəsində vardır...Bəlkə bacı,bəlkə ana,bəlkə isə sevdiyin simasında...

Qadın sevilməlidir!Çünki o "BUGÜN"dür...
Bax ətrafına o yanındadır...

Qadın sevilməlidir!Çünki o "SABAH"dır...
Sabahda onu görərsən...sabahın sabahındada!O gələcəkdir!Hər nə qədər ondan qaçsan o qabaqdadır...gələcəkdə səni gözlər...nə vaxtsa rastlaşarsan...

Qadın sevilməlidir!Çünki o "ÇİÇƏK"dir...
Diqqət istər,qayğı istər,sevgi istər!Bunları görəndə parlar,işığı gözünü qamaşdırar...görməyəndə isə solar,məhv olar...

Qadın sevilməlidir!Çünki o "MEHRİBAN"dır...
Bir gülümsəməsi üçün dəridən,qabıqdan çıxarsan...onun dodaqlarında o sevgi dolu təbəssümü gördükdə isə dünyalar sənin olar...

Qadın sevilməlidir!Çünki o "DUYĞUSAL"dır...
Ona sulugöz deyərsən,ağlamasını istəmərsən...əslində isə sən onun göz yaşlarından qorxarsan...çünki 1-2 damla göz yaşı sənin bütün ürəyinin buzların əridər,istəməsəndə o istəyir deyə dediyikləriylə razılaşarsan...

Qadın sevilməlidir!Çünki o "HƏYAT YOLDAŞI"dır...
Göz açdığın və nə vaxtsa gözünü yumacağın bu həyatda sənə yoldaşlıq edər...nə edirsən et,nə qədər onun qəlbini qırırsan qır,incidirsən incit əllərindən bərk-bərk tutub bu həyatda tək olmadığını və daim arxa-dayağın olduğunu hiss etdirər...

Qadın sevilməlidir!Çünki o "MÜQƏDDƏS"dir...
Çünki o "ANA"dır...səni "ATA" edər...o sənə kiçik,şirin hər şeyini ona bəxş edəcəyin,bütün həyatını ona həsr edəcəyin,onların kəsilən barmaqlarınin acısı sənin ürəyinin acısı olan balalar bəxş edər...

Qadın sevilməlidir!Çünki o "GÜCLÜ"dür...
Bir kişidən soruşsan qadın olmaq barədə əllərini 2 açıb Allaha şükr edər.Çünki bir anlıq qadınların yaşadıqları,daşımağa məcbur olduqları ağır lakin şərəfli yük və çətin həyatları gələr gözlərinin önünə və asan həyatlarına şükr edərlər!Güclü kişilərin qorxduğu yükləri zəif qadınlar zərif çiyinlərində daşıyırlar...Çünki o GÜCLÜDÜR!Çünki o CƏSURDUR-CƏSARƏTLİDİR!!!Çünki o böyük hərflərlə "QADINDIR"dır!!!


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1196
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv